Azərbaycanda toy mərasimində ölüm hadisəsi baş verib. Ağstafa rayon Prokurorluğundan məlumata görə, hadisə dünən axşam saatlarında Ağstafa şəhərində yerləşən “Orxan” şadlıq sarayında qeydə alınıb.
Qazax rayon sakini, 64 yaşlı Hüseyn Zərgəm oğlu Hacıyev toy mərasimində olarkən qəflətən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Mərhumun ölümünün dəqiq səbəbləri isə keçiriləcək ekspertizadan sonra məlum olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?