Separatçı rejimin rəhbəri Bako Saakyan muzeydə olub Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq başçısı Bako Saakyan Şuşa şəhərində xalçaçılıq muzeyində olub. ANS PRESS-in armenpress-ə istinadən verdiyi məlumata görə, Qarabağ separatçılarının rəhbəri vaxtilə Azərbaycanın Dövlət Xalçaçılıq Muzeyinin filialı olmuş və Qarabağ xalçaçılıq məktəbinin ən gözəl nümunələri cəlb olunmuş muzeydə olarkən bu nümunələri erməni xalçaları kimi təqdim edib.
B. Saakyan xalçaların turistlərə nümayiş etdirilərək separatçı rejimin turizm sektorunun inkişafında vacib rol oynayacağını bildirib. Saakyan həmçinin Şuşada təşkil edilmiş kənd təsərrüfatı məhsullarından ibarət yarmarkada da olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?