"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra baş verən davanın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib
"Xəzər Lənkəran"lı azarkeşlər stadionun əsas giriş qapısından stadiona daxil olmağa cəhd edib. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, asayiş keşikşiləri azarkeşlərin stadiona girişinin qarşını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Göz yaşardıcı qazın tüstüsündən stadionda vəziyyət gərginləşib.
Hazırda jurnalistlər də daxil olmaqla "Neftçi" azarkeşləri stadiondan bayıra çıxa bilmir. Təhlükəsizlik tədbiri kimi "Neftçi" futbolçularının soyunub-geyinmə otağı dəyişdirilib.
Lənkəran Şəhər Mərkəzi Stadionunda gərginlik səngimək bilmir.
22:20:00 "Xəzər Lənkəran" - "Neftçi" oyunu başa çatan kimi azarkeşlərlə polis və daxili qoşunların əsgərləri arasında insident yaşanıb. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşma bitəndən sonra azarkeşlər stadionu tərk etmək istəməyib. Bu zaman azarkeşlərlə asayiş keşikçiləri arasında toqquşma baş verib. Nəticədə Daxili Qoşunların 3 əsgəri, 1 polis əməkdaşı və bir azarkeş yaralanıb.
Qarşıdurmaya səbəb birinci hissəsi başa çatan kimi "Xəzər Lənkəran"ın bir qrup azarkeşinin "Neftçi"nin 50-yə yaxın azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq onlara qarşı şüarlar səsləndirməsi olub. Nəticədə hər iki tərəf bir-birinə qarşı şuarlar səsləndirməyə başlayıblar. Daha sonra oturacaqları sındıraraq bir -birlərinə atıblar.
Qeyd edək ki, bu gün baş tutan "Xəzər Lənkəran" - "Neftçi" oyunu 0:0 hesabı ilə başa çatıb
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?