Xaqani Məmmədov "Xəzər Lənkəran" - "Neftçi" arasında keçiriləcək oyunun hazırlıq məşqinə mane olub
İdman "Xəzər Lənkəran" futbol klubunun baş məşqçisi Con Toşak Azərbaycan Superkuboku uğrunda Naxçıvanda keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" komandaları arasında keçiriləcək oyunun hazırlıq prosesini izləyən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu meydandan qovub.
"Xəzər Lənkəran" klubunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hakim qaydaları pozduğuna görə meydandan uzaqlaşdırılıb: "Xaqani Məmmədov məşqin gedişində meydana daxil olub və hətta ikitərəfli oyunun getdiyi sahəyə belə daxil olub. Bu etik hərəkət deyil və məşqin pozulması deməkdir. Buna görə də Con Toşak məşqi dayandırıb hakimlər komitəsinin sədrinin qazonu tərk etmesini istəyib".
Xatırladaq ki, Xaqani Məmmədov sabah saat 15:00-da başlayacaq “Xəzər Lənkəran” – “Neftçi” matçının hakim-inspektorudur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?