“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna edilmiş əlavə və dəyişiklərə əsasən, sözügedən kateqoriyadan olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Lakin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a açıqlamasında valideyn himayəsindən məhrum olmuş bir qrup gəncin qəbul olunduqları bəzi ali təhsil müəssisələrində ödəniş haqlarına görə incidildiyini bildirib.
Deputat qeyd edib ki, artıq bununla bağlı məsələ Maliyyə Nazirliyi və Təhsil Nazirliyində müzakirə edilib. “Valideyn himayəsindən məhrum olmuş gəncləri bəzi universitetlərdə incidiblər və əlavə söz-söhbət olub. Maliyyə Nazirliyi, Təhsil Nazirliyinin Maliyyə idarəsi və Təhsil Nazirliyinin ali təhsil şöbəsi məsələni müzakirə ediblər və birgə sənəd hazırlayıblar ki, həmin o qrup insanların maliyyə vəsaiti sentyabr ayında ali təhsil müəssisələrinə ödənilsin. Onların təhsil haqlarının dövlət tərəfindən veriləcəyi artıq dəqiqdir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?