Avqustun 24-də təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, bir məktəbdən digər təhsil müəssisəsinə müəllimlərin iş yerinin dəyişdirilməsi, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, məktəb binalarının təmiri, xaricdə təhsil və digər məsələlərlə əlaqədar olub.
Qəbulda 56 nəfər vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.
Sorğu
Yeni dizaynımız necədir?