“Baunti” şokoladından 3 büküm “tiryək” aşkarlanıb Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı növbəti dəfə alınıb.
Pentensiar Xidmətdən ANS PRESS-ə verillən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova qardaşı oğlu, 1991-ci il təvəllüdlü İmanov Natiq Vaqif oğlunun gətirdiyi sovqata baxış keçirilib. “Baunti” şokolad konfetlərinin iki ədədinin içərisində gizlədilmiş üç ədəd bükümdə xalis çəkisi 9,291 qram olan narkotik maddə - “tiryək” aşkar olunaraq götürülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?