GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Oqtay Şirəliyyevin səhiyyə sistemində daha bir rüsvayçılıq

Oqtay Şirəliyyevin səhiyyə sistemində daha bir rüsvayçılıq

Tarix: 16-12-2012, 13:19 Bölmə :Ölkə Baxış: 3 573
Oqtay Şirəliyyevin səhiyyə sistemində daha bir rüsvayçılıq

Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşa saxta diaqnoz qoyulub

gundemxeber.az Bir neçə ildir ki, istifadəyə verilmiş Qazax Müalicə Diaqnostika Mərkəzi ən müasir tibbi avadanlıqlarla təchiz olunsa da, həmin avadanlıqlarla işləyəcək həkim mütəxəssislərin çatışmamazlığı hamını narahat edir. Elə diaqnostika mərkəzinin baş həkimi Kamandar İbrahimov da sözügedən müalicə mərkəzinə düşmüş təsadüfi həkimlərdəndir. Qəribə burasıdır ki, K.İbrahimov hələ Qazax Mərkəzi Xəstəxanasında işləyərkən elə də tanınmış həkimlər sırasında deyildi. Onun birdən-birə belə bacarıq və qabiliyyətə mindirilməsi heç də təsadüfi deyil. Rayon əhalisi yaxşı bilir ki, baş həkim öz başının gücünə deyil, sözükeçən qohumlarının hesabına diaqnostika mərkəzinə müdir təyin edilib. Özü kimi mütəxəssisləri də öz əli ilə müalicə mərkəzinə yığmışdır, desək heç də yanılmarıq. Nəinki Qazax Müalicə Diaqnostika Mərkəzi səhiyyə nazirliyinin tabeliyinə keçən gündən, hətta həmin sahə ARDNŞ-nin tabeçiliyində olanda da bura demək olar ki, müdiriyyətin xeyri üçün pullu xidmət kimi fəaliyyət göstərib. Elə lap indi də K.İbrahimov və onun komandası yazılmamış qanunlar kimi “müsəlmançılığa xas olan xüsusiyyətlə” pul uzadan xəstələrin də xətrinə dəyməyərək rahatca pullarını alıb ciblərinə qoyurlar. Hətta, xəstələrlə açıq-açığına qiymət də kəsilir. Belə olmasaydı, vaxtilə “Zaporoji” markalı minik avtomobili ilə mərkəzi xəstəxanada çalışmış K.İbrahimov indi çox şeylərin sahibi olmazdı...
Müalicə diaqnostikasında xəstələrlə alış-verişdən başqa burada artıq əmək intizamı da pozulmuş, texniki işçilər arasında dava-dalaşlar yaranmış, üstəlik işə ciddi laqeydlik də xüsusi yer almışdır. Bu bir yana, çox vaxt belə bir tibbi aparatların qarşısında onları işlədənlər də gobud səhvlərə yol verirlər. Bu da, birbaşa K.İbrahimovun baş həkim kimi nə özünün, nə də onun işə cəlb etdiyi istər həkim, istər tibb bacılarını, istərsə də texniki işçilərin yerində olmamasından xəbər verir.
Bu ilin iyun ayının 5-dən 6-na keçən gecə Ağstafa rayonunun Poylu kənd ərazisində avtomobil qəzasına düşmüş, 1993-cü il təvəllüdlü Arzu Baba oğlu Əliyev həmin gecə Ağstafa Mərkəzi Xəstəxanasına gətirilir, səhərisi isə daha yaxşı müayinədən keçməsi üçün Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılır. Mərkəzdə kompyuter tomoqrafiya müayinənin şöbə müdiri Fərhad Nağdalıyev xəstəni müayinə edərək protokol tərtib edir. Boyun nahiyəsindən zərbə alan xəstə haqqında F.Nağdalıyev müayinə protokolu tərtib edir və burada sadəcə olaraq “boyun lordozu bucaq altında dəyişmişdir, eyni zamanda C6-C7 fəqərəarası disklərdə yerdəyişmə aşkar olunmur, digər fəqərə cismlərinin hündürlüyü, konturları strukturası dəyişməmişdir” tibbi ifadəsini yazır. Getdikcə xəstəliyinin şiddətlənməsini hiss edən Arzu Baba oğlu yenidən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırlır. Bunu tam müayinə edən gənc həkim Teyyub Carçıyev 881 saylı epikrizdə isə bildirir: “Boynunun travması, onurğa beyninin sarsılması, 6-cı, 7-ci boyun fəqərələrinin travmatik sınığı. Travmatik şok”. İyun ayının 9-na qədər burada stansionar müalicə alan xəstə Arzu Əliyev həkimlərin dediyini bir daha dəqiqləşdirmək üçün 17 iyun tarixində Bakı şəhərinə, Mərkəzi Klinika Xəstəxanasına üz tutur. Eyni ilə mərkəzi klinikada aparılan müayinələr həkim Teyyub Carçıyevin qoyduğu diaqnozla üst-üstə düşür. Gənc xəstə A.Əliyev mrəkəzi klinikanın və Ağstafa RMX-nın müalicə həkimi T.Carçıyevin ciddi müalicəsi nəticəsində sağalır. Yəqin ki, Arzu Baba oğlu Əliyevin qismətinə də belə yazılıbmış.
Lakin, məsəl bunda da deyil. Fərz edək ki, həmin xəstə Qazax Diaqnostika Mərkəzinin şöbə müdiri Fərhad Nağdalıyevin “düzgün müayinəsinə” inanıb və kimsəsizliyinə görə şəfa tapdığı tibb ocaqlarına üz tutmasaydı, bəs onda bu gəncin taleyi necə olardı? Hippokrat andını qəbul etmiş həkimlər cüzi bir səhv üzündən xəstəni sağaltmaq əvəzinə onu ölümə doğru sürükləyirsə onda bu hansı andın ayağına yazılır? Bu cür səhv diaqnozları görən xəstələr Qazax Müalicə Diaqnostika Mərkəzinə, Kamandar İbrahimov kimi baş həkimin yanına necə üz tuta bilərlər?
Görünür, Qazax Müalicə Diaqnostikası dövlət tərəfindən hər cür müasir tipli tibbi avadanlıqlarla təchiz olunsa da, diaqnostikanın baş həkimi K.İbrahimov bu səhiyyə ocağını öz bildiyi kimi idarə edir. O, xəstələrə təcrübə bazası kimi baxaraq yalnız onlardan yararlanmağa çalışır. Əziyyət çəkən isə biçarə xəstələr olur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Ələddin Kəsəmənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah həkimi bıçaqladı

    Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah ...

    31-08-2013, 12:52

  • 
  • Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin baş həkimi haqda ŞOK DOSYE

    Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin ...

    2-06-2016, 23:42

  • 
  • Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib - FOTO

    Ağdamda ermənilərin yaraladıqları 6 mülki şəxsdən ...

    29-04-2016, 11:46

  • 
  • Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia

    Qazax Mərkəzi xəstəxanası ilə bağlı şok iddia ...

    3-12-2013, 10:28

  • 
  • Qazaxda avtobus Mercedes-lə toqquşdu

    Qazaxda avtobus Mercedes-lə toqquşdu ...

    7-03-2016, 00:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu