ABŞ-ın Filadelfiya ştatında qəribə hadisə baş verib. Haberturk.com saytının xəbərinə görə, Şarolyn Cakson adlı qadın birdən-birə yoxa çıxıb. Ailəsi onun itdiyi barədə polisə məlumat verib. 50 yaşlı qadınının itməsindən iki gün sonra onların evinin yaxınlığından bir qadın cəsədi tapılıb. Ş.Caksonon oğlu və iş yoldaşı qadın cəsədinin ona aid olduğunu təsdiqləyiblər. Cakson üçün cənazə mərasimi təşkil edilib. Qadının qohumları və dostları mərasimdə iştirak edərək onu dəfn ediblər. Hadisədən 14 gün sonra Ş.Caksonun evinə onun yaşadığı haqda xəbər gəlib. Ailəsi əvvəlcə ölmüş qadının dirildiyini düşünüb. Daha sonra məlum olum ki, qadın iki həftə imiş dəlixanada saxlanılırmış. Dəfn edilmiş cəsədin kim olduğu haqda isə araşdırmalar davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?