Ondan “Makarov” markalı tapança, bir ədəd sandıqça və 3 ədəd güllə götürüblər
Mingəçevir şəhərində bir neçə cinayət əməlinə görə axtarışda olan Ağdam sakini tutulub. Polisi bıçaqla hədələyən məcburi köçkündən əlavə olaraq odlu silah da götürülüb. “EL TV” xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən verilən məlumata görə, soyuq silahla qəsdən adama ağır bədən xəsarətləri yetirməkdə və polis əməkdaşına müqavimət göstərməkdə təqsirli bilinərək barəsində axtarış elan olunan Ağdamın Qiyaslı kənd sakini, Mingəçevirdə müvəqqəti məskunlaşmış 1977-ci il təvəllüdlü Fikrət Muxtar oğlu Gülməmmədov bu gün səhər polis əməkdaşları tərəfindən Mingəçevir şəhərində tutulub.
Fikrət Gülməmmədov tutularkən polis əməkdaşlarına qarşı növbəti dəfə bıçaqla müqavimət göstərsə də, onu zərərsizləşdirmək mümkün olub. Polis əməkdaşları F.Gülməmmədovun idarə etdiyi "Hyundai Sonata" markalı minik maşınına baxış keçirərkən bir ədəd "Makarov" markalı tapança, bir ədəd sandıqça və 3 ədəd güllə götürüblər.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?