Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyini MSK tərəfindən qeydi ləğv edilə bilər.
Milli Şuranın namizədi Seçki Məcəlləsinin tələbini pozub.
Belə ki, Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov dünən yerli mətbuata verdiyi açıqlamasında avqustun 30-da Bakı şəhərində artıq 5000-dən çox imza toplanıldığnə deyib. Başqa bir mediada isə C.Həsənlinin avqustun 31-dən Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialında (Kod: 805584 Müxbir hesab : AZ03NABZ01350100000000002944. Vöen: 9900001881. S.W.I.F.T.: İBAZAZ2X. Mştərinin adı HASANLI CAMIL POLADXAN OGLU. Hesab AZ29IBAZ33801019443102498202) bank hesabının açıldığı yazılıb.
Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən isə bank hesabı imzatoplama kampaniyasından əvvəl açılmalıdır. C.Həsənli Seçki Məcəlləsinin bu tələbini pozduğuna görə namizədliyinin qeydi MSK tərəfindən ləğv oluna bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?