Bu gündən etibarən xarici pasportların verilməsi qaydaları dəyişir.
Artıq xarici pasportu 1 günə də almaq mümkündür. Bunun üçün yeni qaydalar qüvvəyə mindi.
Yeni qanuna görə, ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində də verilir. pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə yeni qiymətlər müəyyən olunub.
Belə ki, pasport On iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 10 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 40 manat rüsum tələb olunur
Pasport Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 20 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 40 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün isə 80 manat rüsum tələb olunur.
Xarici pasportu bir günə almaq istəyənlər isə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80 manat, - üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120 manat, on səkkiz yaşına çatmış vətəndaşlar isə 160 manat pul ödəməlidirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?