Onun asılmasının səbəbi hələlik məlum deyil Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Albalı yaşayış massivində avtobus dayanacağından asılmış kişi meyit aşkarlanıb. Hadisə gecə saatlarında baş verib.
Məlum olub ki, asılan şəxs Mərdəkan sakini, 1956-cı il təvəllüdlü Nazim Səfərovdur. Həmin şəxsin intihar etdiyi və ya başqaları tərəfindən asılması hələlik məlum deyil.
Faktı AzNews.az-a Xəzər Rayon Prokurorluğu da təsdiq edib. Bildirilib ki, bu hadisə ilə bağlı səhər saat 8 radələrində məlumat daxil olub. Ancaq hadisənin təfərrüatları bəlli deyil.
Qəsəbə sakinlərindən saytımıza verilən məlumata görə, həmin şəxsin intihar etməsi inandırıcı deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?