Moskvada MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə məşvərət şurasının növbəti iclası olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iclasda müzakirə edilən məsələlərlə bağlı məlumat yayıb. Həmin xəbərdə deyilir ki, iclasda şuranın ötən il Bakıda keçirilən tədbirində qəbul olunmuş qərarların icra vəziyyəti, MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri, peşə hazırlığı işinin təkmilləşdirilməsi, aidiyyatı iş sahələrində təcrübə mübadilələrinin aparılması müzakirə olunub.
Tədbirdə Azərbaycanı təmsil edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Maksim Topilin, bu ölkənin Federal Miqrasiya Xidmətinin rəis müavini Anatoli Kuznetsov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Kayrat Absattarov, Belarusun əmək və sosial müdafiə nazirinin müavini İqor Starovoytovla görüşlər keçirib.
Lakin soydaşlarımızın Rusiyada yaşadığı problemlər, azərbaycanlıların döyülməsi, öldürülməsi faktlarından danışılmayıb. Nümayəndə heyəti həmyerlilərimizin problemlərini Rusiyalı həmkarlarına söyləməyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?