GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Samir Şərifova qarşı ikihakimiyyətlilik

Samir Şərifova qarşı ikihakimiyyətlilik

Tarix: 2-09-2013, 18:22 Bölmə :Ölkə Baxış: 1 429
Samir Şərifova qarşı ikihakimiyyətlilik
Maliyyə Nazirliyinin neçə rəhbəri var?;Nazir müavini İlqar Fətizadə özünü nazir kimi aparır
Maliyyə naziri Samir Şərifovun haqqında müxtəlif Kütləvi İnformasiya Vasitələrində (KİV) dəfələrlə tənqidi fikirlər səsləndirilib. Bunların əksəriyyəti isə nazirin ölkənin maliyyə sisteminə nəzarət edə bilməməsi, büdcədən maliyyələşən qurumların işini düzgün qaydada yoxlamaması və digər səbəblərlə bağlı olub. Məlumat üçün qeyd edək ki, Maliyyə Nazirliyi (MN) ölkənin maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Səlahiyyətində geniş vəzifələrin olmasına baxmayaraq, bu gün Maliyyə Nazirliyinin fəaliyyəti bir çoxları tərəfindən razılıqla qarşılanmır. Hakimiyyətin yuxarı təqəbəsində təmsil olunan şəxslərin əksəriyyəti də nazir barəsində müsbət fikirdə deyillər. Yeddi ildir nazir postunda oturan Samir Şərifov düzgün idarəetmə sistemi qurmadığından hazırda nazirliyin yerli şöbələrində qanunsuz hallar göz çıxarır. İstər biz, istərsə də digər mətbuat orqanları bununla bağlı dəfələrlə yazmışıq və ortaya faktlar qoymuşuq ki, hansı maliyyə idarələrində nə kimi qaranlıq işlər cərəyan edir.
Təəssüflər olsun ki, nazir bunların heç birinə reaksiya vermir. Bu səbəbdən də yerli maliyyə idarələrində özbaşınalıq adi hala çevrilib. Dünən etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov olsa da, onun müavini İlqar Fətizadə özünü nazir kimi aparır. Bu barədə məlumatlı olan şəxsin bizimlə paylaşdığı xəbərə görə, nazir müavini bəzi məsələlərdə nazirdən məsləhət almır, təkbaşına qərarlar verir və özünü qurumun şefi kimi göstərməyə çalışır: «Nazirlikdə çoxlarına məlumdur ki, İlqar Fətizadənin yaxın adamları ayrı-ayrı maliyyə şöbələrində və nazirliyə tabe olan xidmət və agentliklərdə rəhbər vəzifələrdə işləyirlər. Bu gün problem içində itib-batan maliyyə şöbələrinin bir neçəsinin rəhbəri nazir müavininin kadrlarıdır. Onlar Samir Şərifovun müavininə arxayındırlar və bilirlər ki, nəysə problem yaranacağı təqdirdə sudan quru çıxacaqlar. Bəzi rayonların maliyyə idarələri vəzifələrini qanuni şəkildə icra edə bilmirlər.
Vəzifə səlahiyyətlərini aşaraq bir idarəni ildə beş-altı dəfə yoxlayırlar. Qanun isə bunu qadağan edir. Mövcud qanunvericiliyə görə, büdcədən maliyyə dəstəyi alan idarə və təşkilatlar üç ildən bir yoxlanmalıdır. Nazir müavininin qohumları isə buna əhəmiyyət vermir». Qaynağın iddiasına görə, nazir bu sahədə yaranan problemləri müşahidə etsə də, təqsiri olan şəxsləri cəzalandırmır: «Məndə olan məlumata görə, heç bir müavini, əsasən də İlqar Fətizadə nazirdən zərrə qədər də olsun çəkinmir. Nazirin xəbəri ola-ola qanunsuz işlərə imza atır. Buna baxmayaraq, heç bir danlaq eşitmir. Ona görə ki, o da nazirin qeyri-qanuni əməllərindən xəbərdardır. Nazir ehtiyat edir ki, birdən həyata keçirdiyi işlər barədə müavini kimlərəsə məlumat çatdırar. Bu sahədə yaranan problemlərin əsas səbəblərindən biri də Samir Şərifovun biznesi ilə əlaqəlidir. Yəni nazir bizneslə məşğul olduğu üçün vəzifəsinə aid olan işləri yaddan çıxarıb. Bildiyim qədəri ilə o, xaricdən ölkəyə brilliant və qiymətli daş-qaşlar gətirir. Bundan başqa, Şamaxı rayonunda böyük fermer təsərrüfatı var. Şamaxının Seyid Əzim Şirvani küçəsində üç mərtəbəli ticarət mərkəzi, M.Ə.Sabirin heykəlinin yaxınlığında böyük imarət tikdirib. Bakıda da onlarla mənzili və obyektləri var». Gələn saylarımızda neqativ halların yaşandığı maliyyə idarələri haqqında və nazirin ABŞ-dakı biznesi barədə məlumat verməyə çalışacağıq. Yazı ilə bağlı qarşı tərəflər münasibət bildirmək istəsə, dərc etməyə hazırıq.
Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qüdrər Həsənquliyevdən Samir Şərifova çətin sual - "Maliyyə Nazirliyi bir araşdırma aparırmı ki,..."

    Qüdrər Həsənquliyevdən Samir Şərifova çətin sual ...

    7-10-2015, 22:02

  • 
  • Samir Şərifov "fövqəlnazir"i təftiş edir

    Samir Şərifov "fövqəlnazir"i təftiş edir ...

    18-04-2013, 10:35

  • 
  • Maliyyə Nazirliyində nazir və icra başçılarını təhdid edən qrup

    Maliyyə Nazirliyində nazir və icra başçılarını ...

    25-11-2014, 23:44

  • 
  • Sabirabad maliyyə İdarəsinin müdiri ilə bağlı rüşvət skandalı

    Sabirabad maliyyə İdarəsinin müdiri ilə bağlı ...

    8-10-2014, 13:38

  • 
  • Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı

    Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı ...

    3-02-2016, 14:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu