İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində daha iki nəfər istefaya göndərilib.
Şirkətdən lent.az-a verilən məlumata görə, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov işdən çıxarılıb.
İTV-nin Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da vəzifəsindən azad olunub.
Hər iki vəzifəyə hələlik təyinat olmayıb.
Məlumata görə, bu gün İTV-nin Yayım Şurasının iclası çağırılıb. İclasda yeni təyinatlar olacağı gözlənilir.
Qeyd edək ki, O. Bayramov İTV-nin direktor müavini vəzifəsinə yeni təyinat almışdı. O, buna qədər “Azərtac”ın Türkiyə bürosunun rəhbəri vəzifəsində çalışmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?