Bu gün İctimai televiziyada yeni təyinatlar olub. Lent.az-ın əldə etdiyi məlumata görə, indiyə qədər AZTV-də ictimai-siyasi proqramlar departamentinin direktor müavini vəzifəsində çalışmış Şaiq Məmmədov İTV-də baş direktorun ictimai-siyasi məsələlər üzrə müavini təyin olunub.
İTV-nin Xəbərlər Departamentinə indiyə qədər İTV-nin analitik proqramlar departamentində müxbir vəzifəsində çalışmış Mehparə Quliyeva təyin olunub.
Televiziyanın analitik proqramlar departamentinə isə Füzuli İsmayılov direktor təyin olunub. F.İsmayılov indiyə qədər televiziyanın kino-dublyaj departamentinin direktoru olub.
Xatırladaq ki, İTV-nin baş direktorunun ictimai-siyasi məsələlər üzrə müavini Oqtay Bayramov, departament direktorları Anar Yusifoğlu və İlham Sərxanlı vəzifələrindən azad olunublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?