Azərbaycan Müdafiə Sənayesi Nazirliyi NATO standartlarına cavab verən 7.62x51 snayper tüfəngi və yeni pulemyot yaradıb.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib: "Artıq bu tüfəngi biz yaratmışıq. Tüfəngin atış məsafəsi min metr, maqazin tutumu 10 güllə, çəkisi isə 7,1 kiloqramdır".
Camalov qeyd edib ki, bundan əlavə yalquzaq adı ilə yeni pulemyot istehsal olunub. Nazirin sözlərinə görə, bu pulemyot əsasən kəşfiyyat və xüsusi təyinatlıların aktiv döyüş aparması üçün nəzərdə tutulub: "Pulemyotun atış məsafəsi 380 metr, çəkisi 7 kiloqram, uzunluğu isə 1080 mm-dir".
Nazir qeyd edib ki, bundan əlavə 14.5 snayper tüfənginin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb: "Snayperin tüfənginin çəkisi 35 kq-dan 28 kq-a endirilib və bir sıra texniki dəyişiklər aparılıb. Hazırda 23 mm snayper tüfənginin üzərində iş aparılır. Yəqinki bu 2013-cü ilin birinci yarısında yaranacaq. Və sonradan həmin məhsulun seryalı istyehsalına başlanılacaq".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?