Qəsəbə bələdiyyəsinin üzvü Çingiz adlı şəxs Sulutəpədə qoçuluq edir
Redaksiyamıza Binəqədi rayonu, Sulutəpə yeni yaşayış massivində yaşayan, məcburi köçkün, ikinci qrup Qarabağ müharibəsi əlili Şərifov Seminarist Qayıb oğlu şikayət məktubu ünvanlamışdır. Daxil olan şikayət məktubu Xocəsən bələdiyyəsinin üzvü Çingiz adlı şəxsin Sulutəpədə qoçuluq etməsi barəsindəndir. Mən və mənim ailə üzvlərim 1998-ci ildən Sulutəpə yeni yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşmışıq. Hal hazırda adı yuxarıda qeyd olunan yaşayış məntəqəsində kiçik həcmli, şəraitsiz evdə 10 nəfər ailə üzvlərim yaşayır. Bu şəraitdə yaşamaq qeyri mümkün olduğundan evin küncündən hamam inşa etmək qərarına gəldim. Bu zaman bizim tikmək istədiyimiz tikilini görüb, mən evdə olmayanda bələdiyyə üzvü Çingiz adlı şəxs oğluma yaxınlaşaraq ondan tikiliyə icazə almaq üçün pul ödəmək lazım olduğunu xatırladır. Mən evə gələndə oğlum, mənə tikili üçün 4000 manat pul ödəmək lazım olduğunu bildirdi. Belə ki, Çingizlə aralarında olan söhbəti mənə danışdı. Bizim bu qədər pulumuz olmadığından bu məsələni gündəmdən çıxararaq hamamın tikilməsini təxirə saldıq. Bu hadisədən bir həftə sonra, yəni 14.09.2013-cü il tarixdə bizə yenidən gələrək icazəsiz qapını döymədən zorla içəri daxil oldu. Mən onun qarşısını kəsdim ki, axı sən kimsən hansı təşkilatdan gəlmisən, özünü təqdim et və sonra biz səninlə söhbətə başlayaq. O, mənə özünü təqdim etmədi və harada işləməsi barədə məlumat vermədi. Mən də bunun qarşısında onun kim olduğunu bilmədiyimdən, evimi tərk etməsini tələb etdim. Məni təhqir edərək bildirdi ki, elə haqqında ermənilər sizi qovublar, çünki siz çox mədəniyyətsiz insanlarsınız. Deyiləsi mümkün olmayan , söyüşlərlə məni ailə üzvlərimin qarşısında təhqir etdi. Məni təhqir edən zaman səsimizə qızlarım evdən çıxaraq onun bizim evi təcili tərk etməsini istədilər. O, istədi ki, evi tərk etsin bu zaman gözdən əlil olan oğul nəvəm Fidan, Çingizin qarşısından evə daxil olmaq istədi. Çingiz əlil nəvəmi diz nahiyəsi ilə vuraraq yerə yıxdı. Onu qaldırmadan deyinə-deyinə qapını tərk etdi. Nəvəmi qızlarım ağladığından evə apardılar. Evdə gördük ki, uşağın vəziyyəti yaxşı deyil və təcili yardım maşını çağırdıq. Həkim qrupu gəlib uşağı müayinə edib iynə, dərman edərək getdilər. Uşaq narahatlığından stress keçirdi və gecə-səhərə kimi narhat oldu. Bizim də həm uşağa, həm də onun nalayiq sözlərinə görə narahatçılıq keçirdik. Səhərisi gün mən Binəqədi Rayon Polis İdarəsinin, 40-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etdim. Uşağı Binəqədi rayon tibbi ekspertiza şöbəsində müayinədən keçirdim və cavabını polis bölməsinə göndərdilər. Hal-hazırda uşağın vəziyyəti qeyri-kafidir və müalicəyə ehtiyacı var. Qoçu Çingiz Prezidentin imzaladığı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”-nın təsdiq edilməsi sərancamında göstərilən 2-ci bəndi heçə sayaraq özünü Sulutəpənin balaca padşahı hesab edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?