GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Təmiz Binəqədi”nin “çirkli Məmurları

“Təmiz Binəqədi”nin “çirkli Məmurları

Tarix: 30-06-2015, 14:22 Bölmə :Manşet Baxış: 0
“Təmiz Binəqədi”nin “çirkli Məmurları

“Təmiz Binəqədi”nin “çirkli Məmurları

Və ya qeyri rəsmi rüşvət yığımına nə vaxt son qoyulacaq?

Binəqədi rayonunda baş verən qanun pozuntuları və məmur özbaşınalıqları haqda mətbuatda müntəzəm məlumatlar yer alır. Bu məlumatlar cəmiyyətə “Təmiz Binəqədi” kampaniyası kimi sırınan idarəçiliyin alt qatında baş verənləri bir daha cəmiyyətə göstərir. Bu sırada daha çox diqqət çəkən məqam isə Binəqədi rayonunda torpaq alveri və vətəndaşlara təyin edilən xərac sistemidir.
Onu da qeyd edək ki, Binəqədi rayonunda torpaqların vətəndaşlara satılması, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanması üçün bütöv bir dəstə fəaliyyət göstərir. Bununla bağlı yayılan məlumatlara görə Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib: “Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat civarındadır”. Bu məlumatlar arasında icra başçısının “xərac” yığanlarının adları da yer alıb: “Xocahəsən, Sulutəpə ərazisində Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat, Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxslər ”xərac” toplamaqla məşğuldur. Nicatın X.İsgəndərovun xalası oğlu olduğu bildirilir və bu şəxsin özbaşınalıqları artıq hədd tanımır. Adları çəkilən şəxslər X.İsgəndərovun adından açıq-aşkar “bazarlıq” edirlər. Vətəndaşların obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirlər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov özü verir. Açıq bu şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələri onların qarşısına şərt qoyur. Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək”.
Bu vaxta qədər nə Binəqədi İcra Hakimiyyəti, nə adları çəkilən ərazilərin icra nümayəndələri və ya bələdiyyələri məsələ ilə bağlı hər hansı bir təkziblə çıxış etməyiblər. Eyni zamanda müvafiq dövlət orqanıları da açıq şəkildə reketlik edən bu şəxsləri aşkarlayıb ortaya çıxarmayıb. Faktlar isə üst-üstə toplanmaqdadır. Bütün bu faktlarla bağlı gundemxeber.az olaraq silsilə araşdırmalar aparmağa qərar verdik. İlk hədəfimiz isə Xocəsən və Sulutəpə ərazisində fəaliyyət göstərən qrupla bağlıdır. Bildirək ki, burda icra başçısının pulyığanları rolunun ifaçıları kimi Mirpaşa, Rövşən və Çingiz adlı şəxslərdən söhbət gedir. Lap bu günlərdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icra hakimiyyətindən icazə ala bilməyənElçin Əmirov konkret rüşvətdən bəhs edərək bildirmişdi ki, “ özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Sulutəpə qəsəbəsi üzrə nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxs sakinlərdən qəsəbə ərazisində ev tikməyə icazə verməsi üçün 5 min manat tələb edir. Əks halda, tikilən evlər sökülür və yaxud da tikintisinə icazə verilmir”. Bu yeganə fakt deyil. Araşdırmalarımız zamanı başqa bir vətəndaş şikayəti ilə də rastlaşdıq. “Kamran” niki ilə şərh yazan oxucu şərhində öz təcrübəsini bölüşüb: “Hörmətli redaksiya heyəti, Sulutəpə və Çiçək qəsəbələrində 1 mərtəbənin tikintisi üçün 4500-5000 AZN, 2 mərtəbənin tikintisi üçün isə 8-9 min AZN tələb olunur. Real faktlar var. Mirpaşa və Rövşən adlı şəxslər Xaləddin İsgəndərovun adından at oynadır”. Digər bir şikayətə diqqət edək. Bakı şəhər sakini İbrahimova Nina Nazim qızı ölkə rəhbərinə müraciətində yazır: “Mənim 2001-ci ildən Binəqədinin Sulutəpə qəsəbəsində həyətyanı sahə almışam, həmin həyəti 2001-ci ildən daş zaboru alınmış və içində ev tikdirmişəm. 2006-ci ildə Vüsar İsmayılov adlı bir şəxs Binəqədi rayonunda işləyirdi. Məndən 6000 AZN (altı min) alaraq bildirdi ki, sənə 3 torpağın sənədini verəcəm. 1 torpağın sənədini verdi, amma 2 torpağın sənədini vermədi. 2001-ci ildən bu zamana qədər maddi durumumla əlaqədar olaraq heç bir iş görməmişəm. 2015-ci ildə banka baş vuraraq pul götürüb həyətimdə, zaborun içində yəni balaca bir sex tikərək (uşaqlarımın heç biri işləmir) ən azından 1 iş qurum uşaqlarım orada işləsin. O məqsədlə zaborumun içində iş qurmaq istədim. Daş-qum tökdüyüm zamanda hasarım uçdu və icra nümayəndəsi Çingiz bizim qapımıza gəldi, soruşdu bu nə materialdı. Mən ona yuxarıda yazdıqlarımı danışdım. O isə dedi 5000 AZN (beş min) verərsən tikərsən və bildirdi ki, sabah Bələdiyyəyə gələrsən. Bu işə Mir Paşa baxır. Mən sabahsı gün Bələdiyyəyə getdiyim zamanda Mir Paşa bildirdi ki, sex üçün 40.000 AZN (qırx min) verməlisən. Mən ona maddi durumumun olmadığını və İcra Hakimiyyətinin yanına gedəcəyimi söylədim. Mir Paşa bildirdi ki, mən İcra başçısının qohumuyam”.
Qeyd edək ki, bu dağıntı Sulutəpə ərazisində tikilməkdə olan evlərin qənimi Mirpaşa və Çingizin ilk “əl işləri” yazdıqlarımızla yekunlaşmır. Qəsəbədə onlarla ailə var ki, bu iki şəxsin özbaşınalığından dəfələrlə əziyyət çəkib. Məsələ ilə bağlı apardığımız müşahidələrdən sonra məlum oldu ki, Mirpaşa ərazidə tikilməkdə olan evlərin sahiblərindən qeyri-rəsmi ödənişlər tələb edir. Tələbin yerinə yetirilməməsi bir qayda olaraq dağıntılara gətirib çıxarır. Özü də bu biabırçılığa dövlət qurumlarından heç bir reaksiya gəlmir. Vəziyyət o yerə çatıb ki, Mirpaşanın əməllərindən əziyyət çəkənlərin müraciətinə məhəl belə qoyulmur.
Bəs bu “odda yanmaz, suda batmaz” Mirpaşa kimdir. Bu istiqamətdə də araşdırmalar apardıq. Binəqədi rayon Xocasən bələdiyyə üzvlərinin siyahısında belə bir ad yoxdur. Bu bələdiyyənin ərazisinə daxil olan 3 qəsəbədən – Xocəsən, Sulutəpə və 28 May qəsəbələrindən heç birinin icra nümayəndəsinin də adı Mirpaşa deyil. Amma nə qədər qəribə olsa da bu qəsəbələrin sakinləri həmin Mirpaşanı rəsmi şəxs kimi qəbul edirlər. Yerli sakinlər arasında fikir formalaşıb: ev tikmək istəyirsənsə, Mirpaşanın bığının altından onsuz keçə bilməyəcəksən. Hər halda hələ ki, faktlar danışır və Binəqədi icra hakimiyyəti, hüquq-mühafizə orqanları susur.
Ədalət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • «Təmiz Binəqədi» üfunət içində batır

    «Təmiz Binəqədi» üfunət içində batır ...

    16-12-2014, 21:25

  • 
  • Binəqədi rayonunda yanğın: yaralı var

    Binəqədi rayonunda yanğın: yaralı var ...

    20-03-2015, 17:24

  • 
  • “Təmiz Binəqədi”nin pərdəarxası Yaxud Xaləddin İsgəndərovun rüşvət bataqlığı

    “Təmiz Binəqədi”nin pərdəarxası Yaxud Xaləddin ...

    1-07-2015, 06:34

  • 
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18

  • 
  • Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA – Özəl

    Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı ...

    2-12-2013, 16:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu