GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gəncədə “Qaçqınkom” maxinasiyaları

Gəncədə “Qaçqınkom” maxinasiyaları

Tarix: 22-09-2013, 23:34 Bölmə :Ölkə Baxış: 889
Gəncədə “Qaçqınkom” maxinasiyaları
Əli Həsənovun Gəncə şəhərindəki adamlarının ev növbəsindən belə xəbərləri yoxdur

Gəncənin girəcəyindəki 5 hektar ərazidə 25 çoxmərtəbəli binanın tikildiyi şəhərcikdə artıq işlər yekunlaşır. Yaxın günlərdə ölkə prezidentinin bu şəhərciyin də qırmızı lentini kəsəcəyi gözlənilir. Rəsmilər açılışdan dərhal sonra evlərin paylanacağını bildirsələr də köçkünlər bu köçdən xəbərdar deyillər. 15 ildən çoxdur Azərbaycan Dövlət Aqrar Universitetinin 4 saylı yataqxanasından məskunlaşan Cəfər Bədəlov deyir ki, vaxt daralıb amma bir nəfər onlarla maraqlanmır, siyahıya alma aparılmır: «Sağ olsunlar, deyiblər yataqxanada yaşayanlar köçürüləcək, amma qulağımıza gündə bir söz çatır. Gəlib nə ailə üzvümü, nə də adımı yazan var. Narahatam ki, köç vaxtı deyəcəklər ki, al 1 otağı, 8 nəfərlə yaşa burda. 2-3 günə binanın açılışı olacaq».
Köçkünlərdən bəziləri deyirlər ki, heç Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhərindəki şöbəsindəki ev növbəsindən belə xəbərləri yoxdur:
- Bizim siyahımız var. Qaçqınkomda siyahı var. Gəlməyiblər, siyahı amma ordadır.
- Siyahıda neçənci adamsız?
- Bilmirik, heç yataqxana siyahıda neçəncidir bilmirik.
Köçkünlüklə ev eşiyini mal mülkünü itirən Nazilə də deyir ki, indi kiçik bir boxçası var. Ev tikilməsi söhbəti başlayandan əşyasını toplayıb. Üfunət qoxuyan, nəmişli, şəraitsiz yataqxanada yaşayan, Kəlbəcər uğrunda gedən döyüşlərdə 2 yaxınını itirmiş Sinayə Əhmədova isə onları siyahıya almasalar da əminlik içindədir. Deyir ki, 2 oğul itirən ananı evsiz qoymazlar: «Elə belə yaşayırıq da... Hamamı yox, suyu yox. Nizami məqbərəsinin yanında ev tikilir. Ağızdan eşidirəm, 2-1 otaq veriləcək. Yox gəlib heç kim deməyib. Mən veteran ailəsiyəm, ağzı nədir mənə ev verməsinlər».
Başqa köçkünlər də bu prosesdən xəbərsizdilər.
Qeyd edək ki, binalarda 150 bir otaqlı, 650 iki otaqlı, 550 üç otaqlı, 150 ədəd də dörd otaqlı mənzillər inşa edilir. Amma bu binalar ümumikdə 1500 ailənin yaşaya biləcəyi evlərdir. Qəsəbə salınan vaxt ilk olaraq tələbə yataqxanalarında yaşayan köçkünlərin yerləşdiriləcəyi deyilsə də Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə Şöbəsinin sədri Süleyman Abbasov qeyd edir ki, orada kimlərin yerləşdiriləcəyi naməlumdur. Əlavə edir ki, heç siyahıya alma belə aparılmır: “Prezident gələndə açılış olacaq. Hardan köçürülməsi məlum deyil. 1500 ailəlik olacaq».
Hacıkənddə ötən il sel sularından evi başına uçmuş Xocalı köçkünü Nadir Məmmədv isə gileylənir ki, 6 ay çadırda yaşadığı müddətdə Fövqəladə Hallar Komissiyası və Qaçqınlar Komitəsi ilk olaraq onları yaşayışla təmin edəcəklərini vəd ediblər. Hazırda qəsəbədə qohumunun evinə sığınmış köçkün bu dəfə ki ev növbəsində Hackənddə yaşayanların nəzərə alınmamasından gileylənir: «Evlər tikilir amma bizim üçün deyil. Çox pis şəraitdə yaşayırıq. O Gəncə şəhərində olan yataqxanalar üçündür. Bizə aidiyyatı olmadı. Bizi nəzərə alan yoxdur. Gəncədəkilərdən pis vəziyyətdəyik. Gərək bizi qabağa salardılar».
Gəncədə salınmış şəhərcikdə 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub , musiqi məktəbi, həkim məntəqəsi və ATS inşa edilir. Gəncədə isə 16500-ə yaxın köçkün qeydiyyatdadır. Onların 70%-i şəhərin 50-ə yaxın irili-xırdalı yataqxanalarında yaşayır. Bu isə 2500 məcburi köçkün ailəsinin yataqxanalarda məskunlaşması deməkdir. Onlardan sırf tələbə yataqxanalarında məskunlaşan 1800 ailədir.

Gülnur Raqifqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncədə “Qaçqınkom” maxinasiyaları

    Gəncədə “Qaçqınkom” maxinasiyaları ...

    22-09-2013, 23:31

  • 
  • Əli Həsənovun tikinti maxinasiyaları

    Əli Həsənovun tikinti maxinasiyaları ...

    1-02-2013, 10:56

  • 
  • ŞOK XƏBƏR-Gəncədə notariat kontoru notariusunun diplom problemi

    ŞOK XƏBƏR-Gəncədə notariat kontoru notariusunun ...

    16-12-2015, 00:54

  • 
  • Bilik bayramında faciə: Gəncədə 5 məktəblini maşın vurdu

    Bilik bayramında faciə: Gəncədə 5 məktəblini ...

    16-09-2013, 13:12

  • 
  • İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO)

    İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO) ...

    12-12-2014, 00:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu