GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Əli Həsənovun tikinti maxinasiyaları

Əli Həsənovun tikinti maxinasiyaları

Tarix: 1-02-2013, 10:56 Bölmə :İqtisadiyyat Baxış: 985
Əli Həsənovun tikinti maxinasiyaları

"Qaçqınkom"un köçkünlər üçün tikdiyi binalar qəzalıdır

Dekabrın 27-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verildi. Ölkə başçısının 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunan şəhərcikdə 1440 ailə və ya 5 min 756 məcburi köçkünün köçürüləcəyi nəzərdə tutulub. Məcburi köçkün ailələrindən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunmuş digər rayonlardandır.
Məhəllənin ərazisi 22 hektardır. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənib. Dövlət tərəfindən hər cür diqqət və qayğının göstərilməsinə baxmayaraq, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri bəzi nöqsanlarla yadda qalırlar. "Qaçqınkom" sədri Əli Həsənovun qurumda vəzifə tutan yaxın qohumları qaçqın və məcburi köçkünlərin güzəranının yaxşılaşmasına imkan vermirlər. Hərəsi bir tərəfdən qaçqınların payına əl uzadır. Qeyd edək ki, məcburi köçkün ailələri üçün tikilən mənzillərin keyfiyyəti ürəkaçan səviyyədə deyil, şəhərciklərdə qaz, işıq, su və kanalizasiya problemləri var, küçələrə asfalt örtüyü salınmayıb və sairə. "Qaçqınkom"a ayrılan milyonlar layihələrdə nəzərdə tutulan işlər üçün tam sərf olunmur. Bu işlərin başında isə komitə sədrinin xalası oğlu, həm də müavini olan Gəray Fərhadov durur. Vaxtilə tikinti şirkətlərindən birində adi işçi olan Gəray müəllim xalası oğlunun köməyi ilə bu vəzifəyə qədər yüksəlib.
Vəzifə onun başını elə dumanlandırıb ki, qaçqın rayonundan olmasına baxmayaraq, məcburi köçkünlərin taleyinə biganədir. Bizə çatan məlumatlara görə, Müşfiqabad qəsəbəsində açılışı edilən qəsəbəyə məcburi köçkünlər hələ ki, köçürülməyib. Ə.Həsənov açılış zamanı prezidentə mənzillərin hamısının tam təmir olunduğunu deyib. Halbuki, mənzillərin əksəriyyəti təmirsizdir. Deyilirdi ki, açılışdan dərhal sonra binalara köç başlayacaq. Bir aya yaxın vaxt keçsə də, şəhərciyə heç bir ailə köçürülməyib. Ona görə ki, binalardan birində çökmə müşahidə olunub. Bundan qorxuya düşən komitə rəsmiləri prosesi bir müddət təxirə salmalı olublar. Məlumatlara görə, Müşfiqabaddakı binaların tikintisi zamanı yeyinti çox olduğu üçün mənzillər keyfiyyətli deyil.
Binaların özül və tavan hissəsində iri çatlar əmələ gəlib ki, bu da gələcəkdə bədbəxt hadisələri qaçılmaz edə bilər. Mehdiabad yolunun üstündə salınan şəhərcikdən gələn xəbərlər də ürəkaçan deyil. Məlumata görə, qəsəbədə 3, 5, 7 və 11 kimi rəqəmlərin sirri var. Belə ki, şəhərcik salınandan sonra qanunla burdan mənzil almalı olan məcburi köçkün ailələrinə "get 3 gətir", "get 5 gətir" deyə nəysə tələb ediblər. Onlar da borc-xərc deyilən şeyi tapıb mənzillərinə qovuşublar. Evlərin məcburi köçkün olmayanlara verilməsi xəbəri isə G.Fərhadovu özündən çıxarıb.
Bu yaxınlarda Sumqayıtdakı hüzr mərasimində iştirak edən müavin bu söhbəti ortaya çıxaranları boşboğaz adlandırıb və deyib ki, "Qaçqınkom" bizim əlimizdədir, necə istəsək, elə də edə bilərik" və deyib ki, müavini olduğu idarə şəffaf işləyir. Əgər "Qaçqınkom" ədalət prinsipləri ilə idarə olunsaydı, Ə.Həsənov və qardaşlarının, eyni zamanda xalası oğlunun Novxanıda hektarlarla sahəni əhatə edən mülkləri olmazdı. Bəlkə bu imarətlər qaçqınlara ayrılan pullarla tikilib?
Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • Əli Həsənovun qohumluq siyasəti

    Əli Həsənovun qohumluq siyasəti ...

    22-01-2013, 09:39

  • 
  • Əli Həsənovun yeni maxnasiyaları

    Əli Həsənovun yeni maxnasiyaları ...

    1-01-2013, 14:57

  • 
  • Məcburi köçkünlərin yaşadığı yerdən külli miqdarda silah-sursat tapılıb

    Məcburi köçkünlərin yaşadığı yerdən külli ...

    22-07-2015, 13:47

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu