Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədris ilinin əvvəlində hər bir ali təhsil müəssisəsi tələbə qəbulu planı ilə bağlı öz təkliflərini Təhsil Nazirliyinə təqdim edir. Nazirlik bildirib:
“Bu zaman ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yeni açılan və ya yenidən bərpa olunan hər bir ixtisas üzrə maddi-texniki baza, tədris-metodiki təminat, elmi-pedaqoji kadr potensialı, gələcəkdə bu ixtisaslar üzrə məzunlara tələbatın olması barədə məlumatları Nazirliyə təqdim edir. Həmin məlumatlar Təhsil Nazirliyində təhlil olunur, lazım gəldikdə yerində dəqiqləşmələr aparılır, sonunda təkliflərə müvafiq komissiyada baxılır və qərar qəbul olunur. Qəbul olunmuş qərara və mövcud qaydalara əsasən, hər bir ali təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı təkliflər növbəti ilin yanvar ayının 1-nə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunur. Bu səbəbdən, gələcəkdə hər hansı ali təhsil müəssisəsi tərəfindən “jurnalistika”, “hüquqşünaslıq”, “tibb” və s. ixtisaslar üzrə qəbul planının verilməsi ilə bağlı Təhsil Nazirliyinə təkliflər təqdim edilərsə və müasir tələblərə cavab verən maddi-texniki baza, tədris-metodiki təminat, yüksək ixtisaslı elmi-pedaqoji kadr potensialı olduğu halda həmin ixtisasa qəbul bərpa oluna bilər”.
Sorğu
Yeni dizaynımız necədir?