AXCP sədrinin oğlu Türkel Kərimli Nəsimi Rayon Məhkəməsinə aparılıb. Bu barədə məlumatı AzNews.az-a AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Onun sözlərinə görə, birazdan məhkəmə prosesi başlayacaq.
***
13.11
AXCP sədri Əli Kərimlinin oğlu saxlanılıb. Bu barədə məlumat Musavat.com-a hüquq-mühafizə orqanlarından verilib. Məlumata görə, hazırda Türkel Kərimli Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsindədir. Bir qədər əvvəl onun əl izlərinin götürülüb.
Məlumat bir neçə saat əvvəl daxil olsa da, AXCP sədrinin köməkçisi Faiq Əmirov onu təsdiqləmədi. Biz də təsdiqlənməmiş məlumatı yaymadıq. Amma bir qədər əvvəl Azadliq.info saytı Türkel Kərimlinin saxlanıldığını təsdiqləyən xəbər yayıb. Xəbərdə deyilir ki, Əli Kərimlinin oğlu dünən Milli Şuranın mitinqindən sonra saxlanılıb. Türkel Kərimli mitinqdən sonra iki dostu ilə birlikdə şəhərə gəzməyə çıxıb. Pols onu və dostlarını saxlayıb. Onları Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Onlara qarşı seçki ilə bağlı plakatları cırmaq kimi uydurma ittiham irəli sürüblər.
Türkel Kərimli və dostları gecəni 22-ci polis bölməsində keçiriblər. Saxlanılanların yaxınlarına indiyə qədər də hər hansı izahat verilmir. Onların vəziyyəti ətrafında qeyri-müəyyənlik qalır. Məsələ ilə bağlı polisdən rəsmi mövqe almağa çalışırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?