AXCP sədri Əli Kərimliyə vətəndaş pasportunun verilməsindən imtina ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayət üzrə kommunikasiyaya start verilib. Əli Kərimlinin hüquqlarını Strasburq məhkəməsində müdafiə edən İntiqam Əliyev belə məlumat yayıb. 1994-cü ildə Əli Kərimliyə qanunsuz silah saxlamaya görə cinayət işi başlanıb və o həbs olunub. Yerli və beynəlxalq təşkilatların təzyiqi ilə bir müddət sonra Əli Kərimli həbsdən azad edilib və barəsindəki cinayət işi üzrə icraat 1995-ci ilin dekabrında dayandırılıb. 2006-cı ilin iyununda pasport almaq üçün daxili işlər orqanlarına müraciət edən Əli Kərimli imtina cavabı alıb, buna 12 əvvəl açılmış cinayət işi əsas gətirilib. Müxtəlif məhkəmələrdə çəkişmə aparan Əli Kərimli ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra 16 yanvar 2009-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Şikayətdə o, Azərbaycan hökumətinin ona pasport verməkdən imtinasını və bununla bağlı məhkəmələrdə qaldırdığı şikayətlərin ədalətli araşdırılmamasını Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu kimi dəyərləndirib.
Sorğu
Yeni dizaynımız necədir?