Abşeron rayonunda dəhşətli cinayət hadisəsi baş verib Hüquq-mühafizə orqanlarından "Gündəlik Teleqraf"a verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsində yerləşən "Romi" motelində qeydə alınıb.
Bakı şəhər sakini R. D. sentyabrın 18-də, axşam saatlarında tanışı olan V.K.-nı "Romi" motelinə çağırıb. Oğlanın çağırışını qəbul edən V.K. taksi ilə dəvət olunan motelə gəlib. R.D. qızı motelin qarşısında qarşılayaraq əvvəlcədən tutduğu otaqlardan birinə aparıb. Orda R.D. qız ilə zorakı yolla cinsi əlaqədə olub. V.K. oğlana müqavimət göstərsə də, zorlanmasının qarşısını ala bilməyib.
Onu da əlavə edək ki, qız R.D. tərəfindən zorlanandan sonra işgəncələrə məruz qalıb. O, qızı döyüb, saçından tutaraq otaqda sürüyüb. Zorlanan qız hadisədən bir gün sonra Abşeron rayon Polis Şöbəsinə gələrək, təcavüzə məruz qalması ilə bağlı şikayət ərizəsi yazıb.
Onun şikayəti əsasında R.D.-nın tutulması üçün əməliyyat qrupu yaradılıb.
R.D. ilkin ifadəsində zorlama cinayətini etiraf etməyib. O bildirib ki , qızın razılığı ilə moteldə onunla cinsi əlaqədə olub. Qeyd edib ki, qızı döyməsi, işgəncə verməsi ilə bağlı şikayət də düzgün deyil. Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?