GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Gülərqeyt işi” məhkəməsi başlayır

“Gülərqeyt işi” məhkəməsi başlayır

Tarix: 26-09-2013, 10:56 Bölmə :Ölkə Baxış: 840
 “Gülərqeyt işi” məhkəməsi başlayır

Rüşvət videosuna görə yeni qalmaqal gəlir; Sabiq deputat prosesin qapalı keçirilməsində israrlıdır; istintaq materiallarında nələr var?
Sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
APA-nın əldə etdiyi məlumata görə, cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib.
O da bildirilir ki, G.Əhmədovanın məhkəməsinin hazırlıq iclasının keçiriləcəyi tarix bu ayın sonuna qədər açıqlanacaq.
“Yeni Müsavat” isə yekunlaşan istintaq və sabiq deputatın gerçəkləşəcək məhkəməsi barədə istintaq orqanlarından ilginc məlumatlar əldə edib. Belə ki, hələlik G.Əhmədovanın cəmi bir vəkili var. Bu da Əfsər Talıbovdur. Raqif Mustafayevdən imtina edəndən sonra başqa bir vəkillə müqavilə bağlamayan sabiq deputatın müdafiəsində cəmi bir vəkilin olacağı indidən şübhə doğurur.
İstintaq materialları ilə vəkillərdən ancaq Ə.Talıbov tanış ola bilib. R.Mustafayevə G.Əhmədovanın işi ilə bağlı hər hansı sənəd verilməyib. Amma Ə.Talıbovun məhkəməyə çıxması üçün G.Əhmədovanın onunla yenidən müqavilə bağlaması şərtdir. Bunu da istintaq orqanlarından bildirdilər.
Əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, hələlik prosesin açıq, yoxsa qapalı keçiriləcəyi ilə bağlı qərar verilməyib. Amma G.Əhmədova prosesin qapalı keçirilməsində israrlıdır. Sabiq deputat bu məsələnin ictimailəşməsinin əleyhinədir. Məhz bu səbəbdəndir ki, aylardır vəkillərinə və ailə üzvlərinə media nümayəndələri ilə ünsiyyəti kəsməyi tapşırıb.
Son qərarın verilməsi isə hakimiyyətin iradəsindən asılıdır. Məhkəmə prosesi çox güman ki, seçkilərdən sonraya təsadüf edəcək. Hakimiyyət seçki sonrası ictimai rəyin fərqli istiqamətə yönləndirilməsi üçün prosesin açıq keçirilməsi ilə bağlı qərar verə bilər.
G.Əhmədovanın istintaq materiallarında isə diqqətçəkən nüanslar çoxdur. Bunlardan biri onun İstanbulda dünyasını dəyişən Sevinc Babayeva ilə sözügedən şəhərə gedəndən sonra skayp vasitəsilə etdiyi danışıqların istintaq materiallarına daxil edilməsidir. S.Babayevanı Türkiyədə himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın mobil telefonu vasitəsilə baş tutan danışıqlar, habelə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun, oğlu Toğrul Əhmədovun da bu işdəki əlaqələri konkret sübutlarla öz əksini tapıb. Materiallarda F.Əhmədovun İstanbulda qaldığı hotelə S.Babayevanın daxil olması barədə videogörüntülər də var. Bundan başqa, oğlu T.Əhmədovun S.Babayevanın İstanbulda yerləşdirilməsi üçün Türkiyədəki vasitəçilərlə mesajları, habelə S.Ağlayanın Bakı səfəri zamanı bu vasitəçilərlə görüş səhnələri istintaq materiallarına daxil edilib.
Bu arada hakimiyyətin G.Əhmədovaya münasibətdə nisbətən yumşaq davranacağı gözlənilir. Belə ki, bugünlərdə S.Babayevanın zəhərlənməməsi barədə ekspertiza nəticələrinin açıqlanması, S.Ağlayanın S.Babayevanın ölümündə Elşad Abdullayevi suçlaması ilə bağlı bəyanat verməsi gözlənilən “humanizm” üçün zəmin hazırlayır. Buna səbəb isə G.Əhmədovanın həbsindən sonra hakimiyyətin göstərişindən kənara çıxmaması, özünü ssenariyə uyğun aparmasıdır.
Yaddan çıxarmaq olmaz ki, G.Əhmədovanın məhz bu işdə adı hallandırılan oğlu Toğrul Əhmədov anasının həbsindən əvvəl hərbi xidmətə aparılmış, bununla da sonuncunun danışmaq, hakimiyyəti ifşa etmək şansları minimuma enmişdi. Bundan başqa, elə hərbi xidmətdə olan vaxt T.Əhmədovun qolunun qırılması da təsadüf sayılmazdı. Hər nə qədər bunu təsadüfi qəza ilə izah etsələr də, həmin ərəfədə G.Əhmədovanın istintaqa ifadə verdiyi heç kimə sirr deyil.
Həyat yoldaşı F.Əhmədovun adının isə bu işdə çəkilməsinə baxmayaraq, hələ də azadlıqda olması iqtidarın bu məsələdə G.Əhmədova ilə anlaşmaya getdiyini göstərən detallardandır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədovanın məhkəməsinin başlanması yubanır

    Gülər Əhmədovanın məhkəməsinin başlanması yubanır ...

    30-09-2013, 11:48

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Gülər Əhmədova “ilin məhkəməsi”ndə bəyanat verdi (FOTO, Yenilənib)

    Gülər Əhmədova “ilin məhkəməsi”ndə bəyanat verdi ...

    21-10-2013, 12:56

  • 
  • Gülər Əhmədovanın şikayətinə bu hakim baxacaq

    Gülər Əhmədovanın şikayətinə bu hakim baxacaq ...

    16-01-2014, 11:36

  • 
  • Gülər Əhmədovanın məhkəmədə ürəyi gedib, proses təxirə salınıb

    Gülər Əhmədovanın məhkəmədə ürəyi gedib, proses ...

    21-11-2013, 12:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu