Gülər Əhmədova məhkəmədə bəyanat verib. O bildirib ki, ABŞ və ATƏT onu cinayətkar adlandırıb: "Mhkəmə olmadan onların məni cinayətkar adlandırmağa nə haqqı var?. Cəmil Həsənli məni 9 milyonluq xalqın qarşısında biabır edib, "mandat alverçisi" adlandırıb. Tələb edirəm ki, növbəti məhkəmə iclasında ABŞ səfirliyindən, ATƏT-dən nümayəndələr, eləcə də Cəmil Həsənli iştirak etsinlər".
***
12.11
Əməkdaşlarımızın verdiyi məlumata görə, hazırlıq iclası başlayıb. Gülər Əhmədovanın müdafiəçiləri bir neçə vəsatət qaldırıblar. Onlardan biri də Elşad Abdullayevin yaydığı videoların gizli çəkildiyi və dəlil kimi qəbul edilə bilməməsi ilə bağlıdır. Hakim vəsatətlərə münasibər bildirmək üçün müşavirəyə gedib.
***
11.06
Keçmiş deputat Gülər Əhmədovanın məhkəmə prosesi başlayır. Musavat.com-un Bakı Ağır Cinayətlər Məhkəməsindəki müxbiri Məhəmməd Türkmən xəbər verir ki, artıq adamları məhkəmə zalına buraxıblar.
Əhmədova Gülər Mikayıl qızı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?