GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gizlədilən bir cinayətin tarixçəsi

Gizlədilən bir cinayətin tarixçəsi

Tarix: 28-09-2013, 12:23 Bölmə :Ölkə Baxış: 1 269
Gizlədilən bir cinayətin tarixçəsi

Qazax DYP əməkdaşının güllələnməsinin pərdəarxası məqamları; Cinayətin gizlədilməsində iki yüksək vəzifəli məmurun adı hallanır

Bir neçə gün bundan əvvəl kütləvi informasiya vasitələrində Qazax rayonunda baş vermiş bədbəxt hadisə barədə məlumatlar yayımlanmışdı. Məlumatlarda bildirilirdi ki, yol polisi əməkdaşının əlində olan şəxsi silahının açılması nəticəsində güllə həmin əməkdaşın özünə dəyərək onu qarın nahiyəsindən yaralayıb. Rəsmi məlumatda bildirilirdi ki, hadisə nəticəsində Baş Dövlət Yol Polisi İdarəsinin zabiti, Bakı-Qazax magistral yolunda xidmət edən 47 yaşlı Malik Qəhrəmanov silahla ehtiyatsız rəftar etməsi səbəbindən özünə atəş açıb. Güllə polis əməkdaşının qarın nahiyəsinə dəyib. Dərhal Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən zabitə tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu nəzərə alınaraq polis əməkdaşı Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları üçün fəaliyyət göstərən hospitala aparılıb.
Hadisə ilə bağlı dünən redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatı təqdim edən mənbə Qazax rayon Polis Şöbəsindən KİV-ə verilən məlumatın həqiqətə uyğun olmadığını iddia edir. Mənbə bildirir ki, Malik Qəhrəmanov heç də özü özünü yaralamayıb. Aldığımız məlumatda hadisəni törədən şəxsin diğər bir DYP əməkdaşı, polis serjantı Tural Hacıyev olduğu qeyd olunur. Mənbə bildirir ki, hadisə bu iki şəxsin bir süfrə arxasında oturaraq yeyib-içdikləri zaman baş verib. Spirtli içki qəbul edən polis əməkdaşları arasında mübahisə yaranıb. Bu zaman Malik Qəhrəmanova məxsus tabel silahı masanın üzərində olub. Fürsətdən istifadə etmək qərarına gələn Tural Hacıyev isə həmin silahı götürərək Malik Qəhrəmanovu güllələyib.
Daha sonra isə məlumatda Qazax rayon Polis Şöbəsi tərəfindən hadisəyə dair KİV-ə səhv informasiya ötürülməsinin səbəbləri barədə maraqlı açıqlamalar verilir. Qeyd olunur ki, Tural Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murğuzovun yaxın qohumudur. Baş vermiş hadisədən dərhal xəbər tutan İ.Murğuzov qohumunu məsuliyyətdən qurtarmaq məqsədilə təcili tədbirlərə əl atıb. Bunun nəticəsində isə cinayət hadisəsi ictimaiyyətə bədbəxt hadisə kimi təqdim olunub. Məlumatda bu da qeyd olunur ki, Malik Qəhrəmanov ilkin olaraq faktların təkzib olunmasına qarşı çıxıb. Lakin Tural Hacıyevin qohumlarının təkidi, İlqar Murğuzovun nüfuzu və ən əsası da vəd olunan külli-miqdarda maddi kompensasiya sonda Malik Qəhrəmanovu fikrini dəyişməyə razı sala bilib. Bizə daxil olan məlumata görə T.Hacıyev həm də Respublika DYP-sinin yüksək vəzifəli zabiti Elcan Haciyevin yaxın qohumudur və onun da məsələyə müdaxiləsi hüquq-mühafizə orqanlarının loyallığında rol oynayıb.
Digər tərəfdən isə baş vermiş hadisənin olduğu kimi icraata alınaraq istintaqın başlanması, nəticə etibarı ilə yaralanaraq zərərçəkmiş qismində çıxış edəcək M.Qəhrəmanovun özü üçün də əlverişli deyil. Belə ki, istintaqın gedişində yaralı zabitin özünə qarşı bir çox suallar yarana bilər. İlk növbədə Malik Qəhrəmanov tabel silahının başqasının əlinə keçməsinə necə şərait yaratdığına dair xoşagəlməz izahatlar vermək məcburiyyətində qalacaq. Daha sonra xidmət saatlarında tabeliyində olan Tural Hacıyevlə içki məclisi qurmasına aydınlıq gətirməli olacaq. Yox, əgər hadisə xidmət zamanında baş verməyibsə, bu zaman Malik Qəhrəmanovdan tabel silahını ümumiyyətlə hansı səbəbdən özündə saxladığı soruşula bilər. Təbii ki, bu insident ən azından hər iki polis əməkdaşının hüquq mühafizə orqanlarında bundan sonrakı xidmətlərini mümkünsüz edə bilər. Göründüyü kimi M.Qəhrəmanovu “barışığa” vadar edən arqumentlər kifayət qədər ciddidir. Buna görə də ictimiyyətdən gizlədilən, hətta rəsmi sənədlərə də yanlış qeyd olunan hadisənin uzun müddət gizli saxlana biləcəyini düşünmək olmaz.

Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxda güllələnən polisin vəziyyəti ağırlaşıb

    Qazaxda güllələnən polisin vəziyyəti ağırlaşıb ...

    15-09-2013, 13:17

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralanan var (FOTO)

    Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralanan ...

    26-11-2013, 00:47

  • 
  • Bakı-Qazax magistral yolunda dəhşət: 2 nəfərin olduğu avtomobil yandı

    Bakı-Qazax magistral yolunda dəhşət: 2 nəfərin ...

    20-10-2015, 17:06

  • 
  • Bakı-Qazax yolunda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

    Bakı-Qazax yolunda avtomobil aşıb, 1 nəfər ölüb, ...

    21-04-2016, 23:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu