Qazax rayonunda güllələnən polis Bakıya gətirilib. Bu barədə məlumat Qazax Diaqnostika Mərkəzindən veriblər.
Məlumata görə, vəziyyəti ağır olan polis zabiti Malik Qəhrəmanov Bakıdakı tibb müəssisələrinin birində müalicə ediləcək.
Xatırladaq ki, Malik Qəhrəmanov Baş Dövlət Yol Polis İdarəsinin zabitidir. Onun iş yoldaşları bildiriblər ki, hadisə M.Qəhrəmanov xidməti silahını belinə bağlamaq istəyərkən baş verib. Ehtiyatsızlıqdan silah açılaraq, onu yaralayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?