GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovun yollarında əzrayıl kabusu

Ziya Məmmədovun yollarında əzrayıl kabusu

Tarix: 18-12-2012, 12:10 Bölmə :Ölkə Baxış: 894
Ziya Məmmədovun yollarında əzrayıl kabusu

Milyonlarca dövlət vəsaiti xərcləyən qurumlar nəyə görə yolun hərəkət hissəsinin kənarına dəmir-beton və daşdan divar çəkirlər?


gundemxeber.az Son bir neçə ayda Bakı-Sumqayıt yolu ilə gedib-gələnlər bu yolun Biləcəri qəsəbəsi yanından keçən sahəsində qızğın işin getdiyini görməkdədirlər: yolun hər iki tərəfində hərəkət hissəsinin bilavasitə kənarında dəmir-beton və daşdan divar hörülərək arxasında süni yaşıl təpəciklər yaradılır. İlk baxışdan kreativ ideyadır, lakin son dərəcə təhlükəlidir, hətta insanların həyat və sağlamlığını aşkar risk qarşısında qoyur. Niyə?
Beynəlxalq standartların və milli qanunvericiliyimizin tələblərinə əsasən, Bakı-Sumqayıt yolu kimi magistral əhəmiyyətli yolların hərəkət hissəsinin kənarında ən azı 3,75 metr enində yol çiyni, yəni ehtiyac olduqda avtomobillərin dayanması və ya hər hansı təhlükədən yayınmaq məqsədilə çıxması üçün ehtiyat zolaq olmalıdır. Bu zolaqdan sonra isə yolun kateqoriyasından asılı olaraq 25-60 metr enində təhkim zolağı olmalıdır. Yol çiyni hər bir halda hərəkət hissəsi ilə eyni səviyyədə olmalı, orada hər hansı maneə olmamalı, nəqliyyat vasitələrinin tam rahat şəkildə yol çiyninə çıxması və hərəkət hissəsinə qayıtması mümkün olmalıdır.
Yol çiynində və hərəkət hissəsinə yaxın təhkim zolağında aradan qaldırılması mümkün olmayan təhlükəli maneə qaldıqda və ya təhlükəli təbii obyekt (məsələn, uçurum sahil, sərt qayalıq, iri gövdəli ağaclar və s.) olduqda həmin yerdə yolun kənarına tutucu sədd - elə həmin Bakı-Sumqayıt yolunun kənarlarında gördüyümüz metal konstruksiya çəkilir. Bu zaman tutucu sədd imkan daxilində hərəkət hissəsindən aralı, yol çiyni varsa, onun xarici kənarı ilə çəkilir ki, avtomobil bu və ya başqa səbəbdən hərəkət hissəsindən çıxdıqda dərhal həmin səddə dəyməsin. Həmin sədlərin texniki göstəriciləri ilə bağlı çox ciddi tələblər var. Sədd tutucu təyinatına malik olduğundan ona çırpılan nəqliyyat vasitəsinin kinetik enerjisini uda bilməli, zərbədən sonra 1 metrə qədər yerdəyişmə etməklə tutuculuq qabiliyyətini saxlamalıdır (həmin sədd məhz elastiki olaraq belə yerdəyişmə edə bildiyindən çırpılan nəqliyyat vasitəsinin kinetik energisini uda bilir). Sədd ona çırpılan avtomobilin aşmasına, zərbədən sonra istiqamətini hərəkət hissəsinə dəyişərək başqa nəqliyyat vasitələri ilə toqquşmasına imkan verməyən xüsusiyyətə malik olmalıdır və s.
Qeyd olunanlar yol hərəkəti barədə ən primitiv təsəvvürə malik insan üçün də aydın olmalıdır. Bəs onda təhlükəsiz, rəvan və fasiləsiz hərəkət təşkil etmək vəzifəsini daşıyan, dövlətin bu məqsədlə ayırdığı külli miqdarda vəsaiti xərcləyən qurumlar nəyə görə yolun hərəkət hissəsinin bilavasitə kənarına dəmir-beton və daşdan divar çəkirlər? Bunu edən şəxslər ya hərəkət təhlükəsizliyi, avtomobil yolları və onlara aid tələblərlə bağlı heç bir məlumata malik deyillər, ya da bilərəkdən insanların həyat və sağlamlığı ilə oyun oynayırlar. Zənnimcə, külli miqdarda dövlət vəsaitini xərcləməklə yolda belə təhlükəli maneə yaratmağın başqa adı yoxdur. Axı istənilən iş zamanı ən önəmli və güzəştə gedilməsinə yol verilməyən məsələ insanların həyat və sağlamlığıdır.
Bakı-Sumqayıt yolu sovetlər dönəmində hər istiqamətdə iki hərəkət zolağı və iki tərəfində də lazımi endə yol çiyni olmaqla standartlara cavab verən şəkildə tikilmişdi. Bir neçə il bundan əvvəl buraxıcılıq qabiliyyətini artırmaq üçün həmin yol yenidən quruldu və bu zaman ciddi qanun pozuntularına yol verilərək yolun hər iki tərəfindəki yol çiyni hərəkət zolaqlarına çevrildi, yeni yol çiyni isə yaradılmadı (bu, "Yol hərəkəti haqqında" Qanunun 8-ci maddəsinin, AR Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli, 16 saylı Qərarının bir sıra normalarının kobud pozulması deməkdir). Həmin yenilənmə zamanı Biləcəri yaxınlığında dəmiryol xəttinin üstündə olan körpü-keçid əvvəlki endə saxlandığından hazırda hər iki istiqamətdə yol bu körpü-keçiddə daralır, nəticədə həmin yerdə nəqliyyat sıxlığı, bəzən tıxac yaranır. Əminəm ki, yuxarıda göstərdiyim təhlükəli "yaşıllaşdırma"ya sərf olunan vəsaitlə bu körpü-keçiddə hər iki istiqamətdə ən azı bir zolaq əlavə etməklə oradakı sıxlığı aradan qaldırmaq, habelə Xırdalan qəbiristanlığının yanında piyadaların bu yolu kütləvi surətdə keçdiyi və hər həftə ən azı bir piyadanın öldürüldüyü və ya şikəst edildiyi yerdə yerüstü və ya yeraltı piyada keçidi tikmək olardı.
Bu kimi özbaşınalıqların doğurduğu təhlükələrə səbəb olanların əməllərinin cinayət-hüquqi baxımdan araşdırılması üçün müvafiq dövlət orqanlarına göstəriş verilsə Cinayət Məcəlləsinin maddələrindən yaxşı bir buket düzəltmək olar.

Ərşad Hüseynov, hüquqşünas
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 6 hərəkət zolaqlı yol salınır

    Bakıda 6 hərəkət zolaqlı yol salınır ...

    29-09-2015, 12:32

  • 
  • Sumqayıtda yolun kənarında dayanan 4 piyadanı maşın vurub, onlardan 3-ü ölüb

    Sumqayıtda yolun kənarında dayanan 4 piyadanı ...

    17-09-2015, 14:19

  • 
  • Bakı-Sumqayıt yolunda körpü uçurduldu

    Bakı-Sumqayıt yolunda körpü uçurduldu ...

    20-10-2014, 14:55

  • 
  • Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli DƏYİŞİLİR

    Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli ...

    18-09-2015, 13:56

  • 
  • Zİya Məmədovun 600 milyona düzəltdiyi yol dağılır - Fotolar

    Zİya Məmədovun 600 milyona düzəltdiyi yol dağılır ...

    7-08-2013, 11:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu