GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gülər Əhmədovanın məhkəmə mübhəmi-VIDEO

Gülər Əhmədovanın məhkəmə mübhəmi-VIDEO

Tarix: 1-10-2013, 12:05 Bölmə :Ölkə Baxış: 661
 Gülər Əhmədovanın məhkəmə mübhəmi-VIDEO


Dünən baş tutmalı olan hazırlıq iclası niyə keçirilmədi?
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə keçiriləcək məhkəmə prosesinin 30 sentyabr tarixinə təyin olunan hazırlıq iclası baş tutmadı. Halbuki sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsindəki mənbədən APA-ya hazırlıq iclasının sentyabrın 30-na təyin edildiyini bildirmişdilər. Bundan başqa, bu mövzuya bələd olan bəzi ekspertlər də prosesin sözügedən tarixdə baş tutacağını təsdiqləmişdilər.
Saat 10.30-da baş tutacağı gözlənilən proses üçün saat 10.00-dan etibarən məhkəmənin qarşısına toplaşan jurnalistlər sürprizlə qarşılaşdılar. Hamı - həm məhkəmə nəzarətçiləri, həm də qapıda dayanan nəzarətçi sentyabrın 30-da G.Əhmədovanın məhkəməsi olmayacağını bildirdi. “Bu gün (dünən) Gülər Əhmədova bura gətirilsəydi, xəbərimiz olardı”. Cavab təxminən belə idi.
Bu arada xatırladaq ki, məhkəmə binasının qarşısında G.Əhmədovanın hər hansı yaxını, qohum-əqrəbası gözə dəymirdi. Özünü hüquq-müdafiə təşkilatının əməkdaşı kimi təqdim edən bir nəfər isə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədova telefon açaraq məhkəmə ilə bağlı məlumat almaq istədi. F.Əhmədov həmin şəxsə bildirdi ki, onların məhkəmə barədə hər hansı məlumatı yoxdur.
Jurnalistlərin qeyri-müəyyən vəziyyətdə məhkəmə binasının qabağında gözlədikləri vaxt isə G.Əhmədovanın yeganə vəkili olan Əfsər Talıbov orada göründü. Əməkdaşımızın ona yaxınlaşaraq “Əfsər bəy, Gülər Əhmədovanın məhkəməsi bu gün baş tutacaqmı?” sualına cavab olaraq vəkil “gedin onu ”Yeni Müsavat"dan soruşun, onlar hər şeyi bilirlər" deyə istehzalı cavab verərək uzaqlaşdı. Daha bir jurnalist isə ondan israrla məhkəmə vaxtını soruşanda Ə.Talıbov bildirdi ki, onda bu barədə məlumat yoxdur: “Məhkəmə tarixi dəqiqləşsə, bu barədə bizə bildiriş göndərəcəklər. Hələ ki bildiriş gəlməyib”.
Bu arada Bakı Ağır Cinayətlər Məhkəməsinin Qəbul Şöbəsindən bizə bildirildi ki, cinayət işi üzrə hazırlıq iclası oktyabrın 21-də keçiriləcək. Bu məlumatı alandan sonra demək olar ki, məhkəmənin bütün işçiləri onu təkrarlamağa başladı: “Gedin, proses ayın 21-də olacaq, bu gün burda heç kimi gözləməyin”.
Hətta bəzi məhkəmə nəzarətçiləri jurnalistlərin yanına gəlib “vallah, billah, anamın canı üçün bu gün Gülər Əhmədovanın məhkəməsi olmayacaq” deyib and-aman edirdilər. (Məhkəmə binasından hazırlanan və musavat.com saytında yayımlanan videosüjetdə bu detalar öz əksini tapıb-S.T)
Gün ərzində bir neçə dəfə dəqiqləşdirmə aparsaq da, G.Əhmədovanın məhkəməsinin baş tutmadığı bildirildi.
Amma hesab edirik ki, jurnalistləri bu cür məhkəmə tarixi ilə bağlı yanıltma cəhdləri səbəbsiz deyil. Məhkəməsini qapalı keçirməyə cəhd edən, amma hüquqi baxımdan buna imkanı olmayan G.Əhmədova və təbii ki, hakimiyyət prosesin maksimum səs-küysüz, jurnalistlərin gözündən uzaq baş tutmasına çalışır. Bundan başqa, sentyabrın 24-də hakimin icraatına verilən işin hansı səbəbdən az qala bir ay sonra - oktyabrın 21-ə təyin edilməsi də bir başqa söhbətin mövzusudur. Jurnalistlər ehtimal edir ki, G.Əhmədovanın məhkəməsini medianın işıqlandırmaması üçün onun tarixi ilə bağlı belə təzadlı xəbərlər yayırlar.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
G.Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlisultan Osmanovun icraatına verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədovanın məhkəməsinin başlanması yubanır

    Gülər Əhmədovanın məhkəməsinin başlanması yubanır ...

    30-09-2013, 11:48

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Müttəhim Gülər Əhmədovanın ilk fotoları

    Müttəhim Gülər Əhmədovanın ilk fotoları ...

    28-10-2013, 16:00

  • 
  • Gülər Əhmədovanın halı yenə pisləşdi, məhkəmə təxirə salındı

    Gülər Əhmədovanın halı yenə pisləşdi, məhkəmə ...

    25-11-2013, 12:05

  • 
  • Gülər Əhmədovanın ayaqları tutuldu

    Gülər Əhmədovanın ayaqları tutuldu ...

    4-02-2014, 21:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu