Ötən gecə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində dəhşətli yol qəzası baş verib.
APA-nın xəbərinə görə, toy şənliyindən geri qayıdan Çöhranlı kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Gulağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.
Nəticədə “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və Zeyvə Umudova dünyasını dəyişib. Sürücü E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2011-ci il təvəllüdlü Sahil və 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
S.Hüseynov və azyaşlı Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?