Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Məhərrəmli kənd sakini 1934-cü il təvəllüdlü Muradov Böyükkişi Əliəşrəf oğlu idarə etdiyi 10-HS-480 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə yolu keçən piyada 1991-ci il təvəllüdlü Məmmədov Ramiq Ələkbər oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ramiq Məmmədov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Böyükkişi Muradov yaşadığı Məhərrəmli kəndində molla kimi fəaliyyət göstərir.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?