GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

Tarix: 7-10-2013, 15:27 Bölmə :Ölkə Baxış: 971
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

Oktyabrın 6-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

APA-nın AzTV-yə istinadən verdiyi məlumata görə, 2013-cü ilin 9 ayının Azərbaycan üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini deyən prezident İlham Əliyev bildirib ki, bu dövrdə bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artıb və bu, dünya miqyasında ən yüksək göstəricidir. Bundan əlavə, kənd təsərrüfatında təxminən 5 faiz, əhalinin pul gəlirlərində 7,6 faiz artım olub, inflyasiya 2,3 faiz təşkil edib.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 39-cu yerdə qərarlaşıb. Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir. Bu dövrdə valyuta ehtiyatları artıb və hazırda 49,4 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünya miqyasında ön sıralardadır.

Prezident qeyd edib ki, 9 ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, bu sahədə xeyli proqramlar icra edilib. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub və bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. İndiyə qədər ölkədə açılan iş yerlərinin sayı isə 1 milyon 200 mini ötür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən Prezident İlham Əliyev bildirdi ki, münaqişənin həllində hələ ki, ciddi irəliləyişə nail olunmayıb. Bununla belə, Azərbaycan uğurla inkişaf edir, işğalçı Ermənistanda isə sosial-iqtisadi və siyasi böhran getdikcə dərinləşir.

Ötən dövrdə xarici siyasət sahəsində bir çox uğurların qazanıldığını deyən Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirdi. Azərbaycanın bütün tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və etimad əsasında qurduğunu deyib. “Biz öz milli maraqlarımızı müdafiə edirik” deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır.

Ötən 9 ayda enerji sahəsində mühüm uğurların qazanıldığını, Transadriatik qaz kəməri layihəsinə start verildiyini deyən dövlət başçısı Azərbaycanın enerji ilə bağlı siyasətinin dünya üçün çox əhəmiyyətli olduğunu qeyd edib.

Sənayeləşmə istiqamətində ötən dövrdə mühüm addımların atıldığını, bir çox layihələrin icra mərhələsinə daxil olduğunu deyən prezident əmin olduğunu bildirib ki, bu müsbət meyllər ilin sonuna qədər davam edəcək.

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu ilin 9 ayında həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran prezident İ. Əliyev bu müsbət dinamikanın qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu deyib. İlin sonuna qədər dövlət investisiya proqramı icra olunmalı, makroiqtisadi sabitlik qorunmalı, süni qiymət artımına yol verilməməlidir. Gələn il regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının qəbul ediləcəyini deyən prezident orada bölgələrdəki bütün sosial və iqtisadi problemlərin həlli ilə bağlı məsələlərin əks olunacağını bildirib.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, son 9 ayda 500 mindən çox insanın müraciət etdiyi ASAN xidmət şəbəkəsinin ölkə üzrə genişləndirilməsi ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qarşıdakı dövrdə əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunub.

“Artıq Azərbaycan bölgənin nəqliyyat və logistika mərkəzidir” deyən dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatmaq üzrə olduğunu bildirib. Bundan əlavə, kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərin davam etdiriləcəyini, Taxtakörpü su anbarının bu sahədə mühüm rola malik olduğunu vurğulayıb.

Demoqrafik vəziyyətin yaxşı olmasını ölkənin ən böyük üstünlüklərindən biri kimi xarakterizə edən prezident İ. Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dövrdə ölkəyə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalıb, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil edib, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artıb və hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır. Son 10 ildə Azərbaycanda 2708 məktəb, 500-ə yaxın tibb müəssisəsi tikilib və ya təmir edilib, 35 olimpiya-idman kompleksi inşa olunub. Bu dövrdə neft-qaz siyasətində Azərbaycan mühüm uğurlara imza atıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilib. Bu tarixi layihələr hesabına Azərbaycan mühüm enerji dəhlizi yaradıb. Azərbaycan kosmos ölkəsinə çevrildi və ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv oldu. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Prezident nazirləri topladı

    Prezident nazirləri topladı ...

    8-10-2014, 14:42

  • 
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24

  • 
  • İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb

    İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları ...

    15-10-2015, 21:29

  • 
  • İlham Əliyevə təqdim edilən statistik yalan

    İlham Əliyevə təqdim edilən statistik yalan ...

    22-12-2012, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu