Hadisə nəticəsində yol tamamilə bağlanıb, hadisə yerinə ağır texnika cəlb olunub
Hadisə Bu gün səhər saatlarında Quba-Xınalıq yolu bağlanıb. Quba-Xınalıq yolunun 36-cı kilometrliyində qaya parçası uçaraq yola düşüb.
Təxminən 100 ton ağırlığında olan qaya parçası yolu tamamilə bağlayıb. Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin fövqəladə hallar komisssiyasının və nəqliyyat Nazirliyinin 6-cı İstismar İdarəsinin əməkdaşları hadisə yerincə cəlb olunub. Həmçinin hadisə yerinə ağır texnika cəlb olunub.
Rəsmilərin sözlərinə görə, yol qısa vaxt ərzində açılacaq. Hazırda Quba və Xınalıq istiqamətinə avtomobillərin hərəkəti dayandırılıb. Hadisənin baş verməsinə isə intensiv yağan yağıntının səbəb olduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?