Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Muasir Musavat Partiyasının sədri Hafiz Haciyev ölkə prezidentinə müraciət edib. Partiya sədri mraciətində bildirib ki, Baş Prokror Zakir Qaralova ünvanladığı müraciətə əsasən Bakı şəhər prokurorluğunda zəruri istintaq tədbiri başlanıb, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləməsi faktı tam sübuta yetirilib: “Cinayətdə suçlu bilinən Əli Kərimlinin bu günə qədər dindirilməməsi, o cumlədən həbs edilməməsi bəzi dairələrin AXCP sədrinə güzəştə getdiyi qənaəti yaradır. Bəzi yuxarı inistansiyalar Əli Kərimlini həbs etməməklə, ona dəstək nümayiş etdirirlər. Bu günə qədər vahid namizəd məsələsində heç kimə güzəştə getməyən AXCP sədrinin, bu gün kiməsə güzəştə getməsi, ölkədə çevriliş etmək və bu cinayətdən yayınmaq məqsədi ilə atılmış addımdır”. H. Hacıyev Əli Kərimlinin həbsini və ölkə prezidentinin bu haqda qətı fikir bildirməsini xahiş edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?