Prezident seçkilərində müstəqil müşahidə aparan qurumlardan biri də Jurnalist Ekspert Mərkəzi(JEM) olub.
JEM-in əməkdaşları paytaxtın və bölgələrin müxtəlif seçki məntəqələrində müşahidələr aparıblar.
JEM bu müşahidələrin nəticəsi olaraq bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, seçicilərin bu prosesdə daha fəal iştirak edəcəkləri 9 oktyabr seçkisinin təbliğat-təşviqat mərhələsində aydın olurdu: “Oktyabrın 9-u əməkdaşlarımızın olduğu məntəqələrdə seçici fəallığı xüsusi ilə diqqət çəkib. Günorta saatlarından sonra isə səverməyə gələn seçicilərin sayında azalma müşahidə olunub”. İnformasıya almaq üçün jurnalistlərə yaradılan şəraitin qənaətbəxş olduğu vurğulanan bəyanatda səsvermə zamanı yol verilən qanun pozuntularının qeydə alındığı da vurğulanır: “Mərkəzin əməkdaşları bir neçə məntəqədə adlarını siyahıda tapa bilməyən seçicilərlərlə komissiya arasında anlaşılmazlıq olduğunu qeydə alıblar. Buna baxmayaraq, sonda seçiciyə qanuna müvafiq səs verməsi üçün şərait yaradılıb. Bununla yanaşı saxtakarlığa əl atan seçicilər də nəzərə çarpıb. Bu saxtakarlıqları ümumiləşdirsək, belə bir mənzərə alınır: bir adam bir neçə nəfərin yerinə səs verir; bir adam ərazidəki seçki məntəqələrinin hamısında səs verir; bir adam onunla gələnləri kiməsə səs verməsi üçün instruktaj edir”...
Bəyanatda bu kimi saxtakarlıqların qeydə alındığı bildirilir: “Qeydiyyatını apardığımız qanun pozuntuları sosial şəbəkələrdə yayılan pozuntuları göstərən faktlarla analoji xarakter daşıyır. Əməkdaşlarımız məntəqələr bağlananda səslərin sayılması zamanı isə heç bir qeyri-şəffaflıqla rastlaşmayıb. Protokollar üzü çıxarılaraq jurnalistlərə də paylanıb”.
JEM seçkidən sonrakı bir ay ərzində baş verəcək hadisələrin monitorinqini də aparmağı qərara alıb. Bu hadisələrdə əsas diqqət seçkidə məğlub olan müxalifətlə qalib olan iqtidar arasında münasibətlərin hansı səviyyəyə gəlib çatacağına yönələcək.
Sorğu
Yeni dizaynımız necədir?