Bakıda səhər saat 08:00-dan etibarən seçki məntəqələrində bələdiyyə seçkilərinə başlanılıb.
ANS-in hadisə yerində olan müxbiri Tünzalə Rafiq qızının verdiyi məlumata görə, Səbail rayonu ərazisində 29 saylı seçki dairəsinin 22 saylı seçki məntəqəsində seçicilərin aktivliyi zəifdir. Həmin məntəqədə 1477 seçici qeydə alınıb. Lakin 1336 seçiciyə bületen verilib.
Məntəqədə 15 bələdiyyə yeri uğrunda 34 namizəd mübarizə aparır. Məntəqədə 14 yerli müşahidəçi var. Bu saatlara görə, məntəqədə seçicilərin aktivliyi zəifdir. Bu da bələdiyyə seçkilərinin təşviqatının aparılmaması ilə əlaqədardır.
Lakin paytaxtın Yasamal rayonunda seçicilərin aktivliyi nisbətən yaxşıdır. Yasamal rayon 16 saylı seçki dairəsinin 16 və 15-ci seçki məntəqələrində ümumilikdə 50 namizəd 19 yer uğrunda mübarizə aparır. 15 saylıda 1201 secici- 1081 bületen, 16 saylıda isə 1306 seçici 1175 bulleten qeydiyyatdan keçirilib.
Seçkilər başlayandan bu saata qədər cəmi 100-ə yaxın seçici iştirak edib.
Hər 3 seçki məntəqəsində veb-kamera quraşdırılıb və proses canlı izlənir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?