İspaniyada FEMEN Qadın təşkilatının 3 üzvü çılpaq şəkildə İspaniya parlamentinə soxularaq etiraz aksiyası keçiriblər.
Qaynar.info xəbər verir ki, FEMEN üzvləri olan 3 qadın ədliyyə naziri tribunada çıxış edərkən, "Abort bir haqqdır" şüarı səsləndirərək soyunublar.
Aksiya iştirakçılardan biri parlamentin yuxarı lojasından yıxılmaq təhlükəsilə qarşılaşıb. Parlament sədri Xesus Posada aksiya qarşısında soyuqqanlılığını qoruyaraq çılpaq qadınların çıxarılmasını istəyib.
Çılpaq qadınlar təhlükəsizlik qüvvələri tərəfindən uzaqlaşdırılaraq polis məntəqəsinə aparılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?