Cəlilabad rayonunda hərbçinin yaralanması ilə nəticələnmiş silahlı insident olub. Hadisə rayonun Göytəpə qəsəbəsindəki fərdi yaşayış evində baş verib. Dövlət Sərhəd Xidmətinin leytenatı 23 yaşlı Asim Əzizovla kirayə yaşadığı evin sahibi Fəxrəddin Sərdarov arasında mübahisə yaranıb. Elə bu zaman onların mübahisəsinə Fəxrəddinin oğlu 31 yaşlı Abbas Sərdarov da qoşulub.
Mübahisə şiddətləndikdən sonra Abbas evinə dönərək özü ilə qoşalülə ov tüfəngi götürüb hadisə yerinə qayıdıb. Odlu silahla hərbiçiyə atəş açan Abbas Sərdarov onu ağır yaralayıb. Hərbçi Asim Əzizov ağır yaralı halda Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Lakin onun xəsarətləri ağır olduğundan paytaxta gətirilib.
Hadisə şahidlərinin sözlərinə görə, zabitin kirayə yaşadığı evin həyətində alt paltarı ilə gəzməsi dəfələrlə ev sahibilə onun arasında mübahisəyə səbəb olub. Elə tərəflər arasındakı son mübahisənin də bundan qaynaqlandığı bildirilir.
Hazırda cinayəti törədən Abbas Sərdarov saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. O, əvvələr də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma arılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?