Orta məktəblərdə pul yığılması inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də yaradacaq. Lent.-az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq. Nazir həmçinin bildirib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar uşağın müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq: “Uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq”. M. Cabbarov deyib ki, orta məktəblərə vakant müəllim yerlərinin siyahısı iyulun 1-dən Təhsil Nazirliyinin saytında yerləşdiriləcək. Buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?