Millət vəkili Zeynəb Xanlarovanın prokurorluq orqanlarından kənarlaşdırılan oğlu Ramil Babayevin yeni vəzifəsini dəqiqləşdirilib. Qeyd edək ki, mediada R.Babayevin də vəzifəyə təyin olunduğu bildirilsə də, onun təzə işinin konkret nədən ibarət olacağı açıqlanmayıb.
Araşdırma nəticəsində məlum olub ki, Ramil Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Məlumatı əməkdaşımızla söhbətdə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da təsdiqləyib. F.Talıblı bildirib ki, Ramil Babayev komitə sədri Ramiz Həsənovun müvafiq əmri ilə həmin vəzifəyə təyin olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ölkə prezidentinin bu il aprelin 4-də imzaladdığı fərman əsasında yaradılıb. Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin sayı 22 nəfər müəyyən edilib.
Qeyd edək ki, Ramil Babayev əvvəllər prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?