Vergilər nazirinin qohumlarının Avropada biznes qurduqları bildirilir
Azərbaycanın ayrı-ayrı oliqarx nazirlərinin ölkə xaricində biznes qurması barədə mətbuatda intensiz məlumatlar yayılır. Bəzi hallarda həmin məmurların yaxınlarının da xaricdə iri biznes qurmalarına dair xəbərlər ortaya çıxır.
“Bizim yol” dünən vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə aid olan şəxslərin Almaniyada biznes qurduqlarına dair məlumat əldə edib. Nazirə yaxın mənbədən qəzetə daxil olan məlumatda qeyd olunur ki, F.Məmmədovun yaxınları Almaniyanın iki şəhərində fabrik yaradıblar. Həmin fabrikləri yaxın qohumlarından birinin idarə etdiyi qeyd olunur.
Xəbərdə o da bildirilir ki, Fazil Məmmədovun həmin fabriklərə şəxsən baş çəkmək imkanı olub. Belə ki, nazir müalicə üçün Almaniyaya gedən zaman fabriklərə baş çəkib.
Bu məlumat redaksiyaya dünən gecə saatlarında daxil olduğundan, Vergilər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Qəzet qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?