Rayona əlavə hüquq-mühafizə orqanları və polis qüvvələri də cəlb olunub
Hadisə Hazırda Qusar rayonunda hüquq-mühafizə orqanları xüsusi nəzarət tədbirləri həyata keçirir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün səhər saatlarında polislərə atəş açan mütəşəkkil cinayətkar qrupun üzvlərinin axtarışları həyata keçirilir.
Rayon ərazisində xüsusi məlumatlandırıcı plakatlar qoyulub. Plakatlarda cinayətkar qrup üzvləri 1990-cı il təvəllüdlü Ramiz Rəhimxanov, 1988-ci il təvəllüdlü Faiq Şahmuradov və 1990-cı il təvəllüdlü Edik Rüstəmovun axtarışda olması barədə məlumatlar yazılıb. Bundan başqa, rayonun giriş-çıxışlarında, o cümlədən, mərkəzi yollarında xüsusi polis postları qurulub. Rayona gələn və rayondan çıxan avtomobillər diqqətlə yoxlanılır. Rayona əlavə hüquq-mühafizə orqanları və polis qüvvələri də cəlb olunub. Hazırda rayonda sakitlikdir.
Qeyd edək ki, ötən gün saat 08:00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manat pulu qarət yolu ilə ələ keçirib.
“İsti iz”lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.
Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün RPŞ əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıb, bu zaman orada E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?