GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Orxan Zeynalovun “öldürdüyü” gəncin valideynləri ilk dəfə danışdı - (Video)

Orxan Zeynalovun “öldürdüyü” gəncin valideynləri ilk dəfə danışdı - (Video)

Tarix: 18-10-2013, 12:46 Bölmə :Ölkə Baxış: 1 004
Orxan Zeynalovun “öldürdüyü” gəncin valideynləri ilk dəfə danışdı - (Video)
“İstəsələr Orxanın valideynləri ilə görüşməyə hazırıq; heç kim bizim oğlumuzun qətlindən xal qazanmağa çalışmasın, bu məsələdə milliyyət əsas ola bilməz...”

Moskvanın Qərbi Biryulevo rayonunda Azərbaycan vətəndaşı, 31 yaşlı Orxan Zeynalov tərəfindən “öldürülən” (bu qətldə ittiham olunan şəxs məhkəmədə günahsız olduğunu bildirib-red.) 25 yaşlı Yeqor Şerbakovun valideynləri ilk dəfə mətbuata danışıb.

Virtualaz.org xəbər verir ki, NTV telekanalının çəkiliş qrupu Şerbakovların mənzilində olub və Moskvanı, eyni zamanda Rusiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətləri silkələyən bu səs-küylü qətllə bağlı xüsusi reportaj hazırlayıb. Reportaj bazar günü axşam efirə gedəcək. NTV reportajdan qısa fraqmenti öz saytında yerləşdirib.

Şerbakovun valideynləri deyiblər ki, Orxan Zeynalovun Yeqorun sevgilisi ilə şəxsən tanış olduğu barədə onun yoldaşları tərəfindən irəli sürülmüş versiyaya inanmırlar. Anasının sözlərinə görə, Yeqorla Kseniya bir neçə gün sonra ZAQS-a gedib evlənmək barədə ərizə verməyə, ilin axırında isə toy etməyə hazırlaşırdılar.

Valideynlər hadisə barədə göz yaşları içində danışırlar, ancaq deyirlər ki, Zeynalovun ailəsi ilə görüşməyə hazırdırlar, əgər qarşı tərəf bunu istəsə.

Öldürülən gəncin atası Vladimir Şerbakov deyib: “Mənim o valideynlərə yazığım gəlir. Onlar oğul dünyaya gətiriblər, kişi böyüdüblər. O isə təkcə öz valideynlərini deyil, Qafqazın çox-çox xalqlarını pis vəziyyətdə qoydu”.

Yeqorun anası Yelena Şerbakova: “Valideynlər günahkar deyil, axı onlar da övladlarına tərbiyə veriblər. Onlar da hamı kimi valideyndirlər. Dalaşmaq, münasibətləri aydınlaşdırmaq olar, öldürmək olmaz. Sözləri çəp gəlmişdisə, dalaşardılar, niyə öldürürdü?”.

“Komsomolskaya pravda”nın əməkdaşı da Şerbakovların evində olub. Yeqorun atası deyib ki, o, oğlu ilə fəxr edir: “Yeqor çətin anda yaxın adamının müdafiəsinə qalxıb, onu qorumağa çalışıb, əsl kişi kimi hərəkət edib”.

Vladimir Şerbakov deyir ki, oğlunun sinəsindən bıçaqlandığı haqda xəbəri faciədən iki dəqiqə sonra eşidib.

“Həmin axşam ürəyimdə nəsə səksəkə vardı. Ancaq gözləmirdim ki, belə şey baş verər. Kseniya ağlaya-ağlaya zəng edəndə gecə saat 2 idi. Mən maşına atıldım və onların evinə tələsdim. Son ana qədər özümü əmin etməyə çalışırdım ki, Yeqor sağdır, ancaq ağır yaralıdır. Ancaq hadisə yerinə çatanda gördüm ki, onu düz ürəyindən vurublar” - deyə öldürülən gəncin atası danışır.

Onu qəhər boğur və sözlərini davam etdirə bilmir.

Bildirilir ki, ertəsi gün Yeqorun qardaşı hadisə yerindən təxminən 10 santimetrlik ülgüc-bıçaq tapıb. Həmin bıçaqla Orxan Yeqorun ürəyindən zərbə endirib. Hazırda bıçağı müstəntiqlər araşdırır.

“Axı Zeynalov niyə bıçağa əl atırdı? İradları vardı, kişi kimi, yumruqları ilə dalaşardılar. Və hər kəs sağ qalardı. Axı bu nə vəhşilikdir?” - deyə Yeqorun atası bildirir.

Qəzet yazır ki, Yeqorun bıçaqlanmasından iki dəqiqə əvvəl Orxan binanın girişində başqa qıza sataşıb, onu qucaqlayıb. Şerbakovun atası: “O qız deyir ki, mağazadan qayıdırdı, həmin Orxan ona sataşmağa, əl atmağa başlayıb. Qız güclə özünü binanın qapısından içəri salıb. Danışır ki, ondan bərk alkoqol iyi gəlirdi və sanki narkotikin təsiri altında idi”.

Bundan təxminən iki-üç dəqiqə sonra Orxan sevgilisinin maşınından düşən Kseniyaya sataşır və qətl baş verir.

Yeqorun valideynləri bu hadisəni süni şəkildə qızışdıran və Rusiyada miqrantlara qarşı kütləvi təqiblər başladan hakimiyyət nümayəndələrindən fərqli olaraq daha insani, ləyaqətli mövqe nümayiş etdirir. Valideynlər “Komsomolskaya pravda” vasitəsilə onların övladının ölümündən dividentlər əldə etməyə çalışanlara müraciət edir: “Heç bir milli ədavət və iğtişaş lazım deyil. Bu hadisədə milliyyət əsas ola bilməz, hamının başına belə iş gələ bilər”.

Vladimir Şerbakov deyir ki, oğlunun dəfnindən dərhal sonra təxribatlardan qorxaraq arvadı ilə birlikdə Moskva ətrafına gedib. İstəməyib ki, kimlərsə onlardan təxribatlar üçün istifadə etsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Orxan Zeynalovun həbs müddəti uzadılacaq

    Orxan Zeynalovun həbs müddəti uzadılacaq ...

    9-12-2013, 12:53

  • 
  • Orxan Zeynalovun valideynləri danışdılar

    Orxan Zeynalovun valideynləri danışdılar ...

    16-10-2013, 00:56

  • 
  • Orxan Zeynalovun həbsxana görüntüləri (VİDEO)

    Orxan Zeynalovun həbsxana görüntüləri (VİDEO) ...

    28-11-2014, 01:03

  • 
  • Orxan Zeynalovun ata-anası Rusiyadan üzr istədi - VİDEO

    Orxan Zeynalovun ata-anası Rusiyadan üzr istədi - ...

    16-10-2013, 14:35

  • 
  • Orxan həbs olundu - Yenilənib

    Orxan həbs olundu - Yenilənib ...

    15-10-2013, 20:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu