Azərbaycanda kriminal avtoritet həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb.
Hüquq-mühafizə orqanlarından həmçinin APA-ya bildirilib ki, R. Mirzəyev kriminal aləmdə “Lal” ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda “Saşa” ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R. Mirzəyev şəhərdə “obşak”a baxırmış.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?