Adam Pusiyaya ekstradisiyasını gözləmədi Lukyanov təcridxanasında (SİZO) rus kriminal avtoritet Kolya Bes (Kravçenko) cəza çəkdiyi kamerada özünü asıb.
Avtoritet Rusiyaya ekstradisiyasına bir - neçə gün qalmış intihar edib. 11 noyabr 2013 - cü ildə Kiyev vilayət prokurorluğu bildirmişdi ki, Ukraynada saxlanılan, kriminal aləmdə Kolya Bes adı ilə tanınan kriminal avtoritet Nikolay Kravçenko rus xüsusi xidmət orqanlarına təhvil verilə bilər.
Qeyd edək ki, İnterpol agentləri Kolya Besi bütün dünyada axtarıblar. 2013 - cü ilin aprelində o, Ukraynada tutulub.
Kolya Bes 1996 - cı ildə biznesmen Oleq Juravlyovun ölümünün təşkilində şübhəli bilinirdi. Başqa bir versiyaya görə o həm də 2007 - ci ildə "Nevskiy ekspress" qatarının partladılmasının iştirakçısıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?