GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsmayıllı işinin ittiham aktı: dəyən maddi ziyan, xəsarətlər

İsmayıllı işinin ittiham aktı: dəyən maddi ziyan, xəsarətlər

Tarix: 21-10-2013, 15:46 Bölmə :Ölkə Baxış: 642
 İsmayıllı işinin ittiham aktı: dəyən maddi ziyan, xəsarətlər

“Media forum” saytı İsmayıllı olaylarının istintaq materiallarından bəzi məqamların təqdimatını davam etdirir. İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. İstintaqı Baş Prokurorluq aparıb.
İttiham aktında deyilir:

- İstintaqla müəyyən edilmişdir ki, 23 yanvar 2013-cü il tarixində saat 21:30 radələrində İsmayıllı şəhərində yerləşən “Çıraq” otelinin inzibatçısı Şəmdinov Emil Məhərrəm oğlu yaxın münasibətdə olduğu Məmmədov Elməddin Lazım oğlu, Məmmədov İlqar Əziz oğlu, Əlizadə Anar Bədrəddin oğlu və Teymurov Elşən Vaqif oğlu ilə birgə yemək yeyib spirtli içki qəbul etdikdən sonra, sərxoş vəziyyətdə idarə etdiyi 90 NR 485 dövlət qeydiyyat nişanlı “Chevrolet camaro” markalı avtomaşını Nizami küçəsində “Kəpənək” adlanan dairədə VAZ-21074 markalı 31 BD 817 dövlət qeydiyyat nişanlı avtomaşına, səkiyə və elektrik dirəyinə vuraraq qəza törədib.

Onun idarə etdiyi avtomaşında olan sərnişin Məmmədov Elməddin Lazım oğlu ilə birlikdə VAZ-21074 markalı avtomaşını təpiklə vuraraq zədələməsinə etiraz edən həmin avtomaşının sahibi Bəkirov Ramil Əlmurad oğlunu döyərək qəsdən sağlamlığına ağır xəsarət yetirməsi, Ağamalıyev Səfdər Dadaş oğlu, Həsənov Anar Rasim oğlu və İsmayıllı rayonunun digər sakinlərinin ünvanına nalayiq ifadələr işlətməklə təhqir etməsi, yumruqla zərbələr endirməsinə cavab olaraq Səfdər Ağamalıyev, Anar Həsənov, Vasif İbrahimov, Qəmbər Ağamalıyev nüfuzlarından istifadə edib ictimai yerə toplaşmış bir qrup şəxsi zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərməklə zor tətbiq olunması əməllərini təşkil edib, digərləri ilə birgə Emil Şəmdinov və Elməddin Məmmədovun sifət və bədənlərinin müxtəlif nahiyələrinə yumruqla vuraraq onları yerə yıxıb, digər şəxslərə də şərait yaratmaqla təpiklə zərbələr endirib, xəsarətlər yetirib.

Daha sonra təşkilatçılıqları ilə Şükran Mühübəliyev, Elşən Qurbanov, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov, Rəşid Məmmədov, Daşqın Ağayev, Aydın Cabbarov, Səxavət Səmədov, Xəyal Şaranovla birlikdə nəqliyyatın və iaşə müəssisəsinin normal fəaliyyətini pozmaqla Emil Şəmdinovun inzibatçı işlədiyi “Çıraq” otelinin qapı və pəncərələrinin şüşələrini, metal konstruksiyalı hasarını, arxa darvazasını fiziki qüvvə, daş, dəmir parçaları və sair bərk predmetlərlə sındırıb benzin vasitəsi ilə otelin iki mərtəbəsini, damını, içindəki mebel avadanlıqlarını və digər inventarları yandırmaqla 319.972,15 manat, otelin həyətində Şəmdinov Emil Məhərrəm oğluna məxsus 90 NR 485 dövlət qeydiyyat nişanlı “Chevrolet camaro” markalı avtomaşını yandırmaqla 47.000 manat, “Vafi Turizm” məhdud məsuliyyətli cəmiyyətinə məxsus 31 AA 088 dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomaşını yandırmaqla 14.650 manat, 10 ZZ 485 dövlət qeydiyyat nişanlı “Hummer H2” markalı avtomaşını yandırmaqla 25.800 manat, Abbasov Elşən Fərhad oğluna məxsus VAZ-21150 markalı 90 RA 365 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq və arxa alın, sol qabaq və arxa qapılarının şüşələrini, arxa sol qabarit işığını sındırmaqla, qabaq kapotu, qapıları zədələməklə 829 manat dəyərində özgə əmlakını qəsdən məhv etmiş, otelin arxa darvazasının sındırılaraq üzərinə düşməsi nəticəsində Nəsirov Emin Bəxtiyar oğluna dərəcəsi təyin edilməyən bel-oma, çanaq nahiyəsinin əzilməsi xəsarətlərinin yetirilməsi, “Çıraq” otelində yaşayan Türkiyə Respublikasının vətəndaşı Keser Barış Muammer oğlunun 3.850 ABŞ dolları, 350 manat məbləğində pul vəsaitinin, 250 manat dəyərində bir ədəd “Nokia e72” markalı mobil telefon, 20 manat dəyərində bir ədəd hesablama cihazı, 60 manat dəyərində bir ədəd “Vodafon Datakart”, 100 manat dəyərində iki cüt ayaqqabı, 50 manat dəyərində iki ədəd jaket, 100 manat dəyərində cins şalvarının, oteldə xadimə işləyən Əzizova Vəfa Cavanşir qızının 700 manat dəyərində bir ədəd kürkünün, 140 manat dəyərində bir cüt yarımboğaz çəkməsinin, otelin inzibatçı-meneceri Məmmədli İlqar Əziz oğlunun 996 manat dəyərində bir ədəd “Dell Studio” markalı noutbukunun, 30 manat dəyərində bir ədəd şalvarının, 25 manat dəyərində bir ədəd gödəkcəsinin, 60 manat dəyərində bir ədəd pencəyinin, 100 manat dəyərində bir ədəd paltosunun, 35 manat dəyərində bir cüt ayaqqabısının, 50 manat dəyərində bir ədəd “Sony” markalı musiqi səs gücləndiricisinin, 60 manat dəyərində bir ədəd “Philips” markalı üzqırxan maşının yandırılması, otelə məxsus televizorlar, divan, kreslo, stol, stul, yataq dəsti, moped, noutbuk computer, ev tuneri, çarpayı, güzgü, soyuducu və digər əşyaların ayrı-ayrı şəxslər tərəfindən talan edilib dağıntı hərəkətlərinə istiqamətləndirərək iştirak etməklə yanğın zamanı polis əməkdaşlarının köməkliyi ilə oteldən çıxarılan Keser Barış Muammer oğlu, Ağayev Aqşin Məcnun oğlu, Məmmədov Fuad Yaqub oğlunu zorakılığa məruz qoymuşlar.

Cinayət əməlləri nəticəsində yaranmış şəraitdən istifadə edərək Səmədov Səxavət Xasay oğlu, Şaranov Xəyal Sergey oğlu qabaqcadan əlbir olub otelin otaqlarına qanunsuz olaraq girməklə Səxavət Səmədov orada olan 288,91 manat dəyərində X200 modelli “Vestel LCD-32” markalı televizoru və 455,6 manat dəyərində 1 ədəd divanı, Xəyal Şaranov isə 288,91 manat dəyərində X200 modelli “Vestel LCD-32” markali televizoru və 141,69 manat dəyərində 1 ədəd kreslonu əvəzsiz olaraq götürüb evlərinə aparmaqla cəmi 1175,11 manat məbləğində özgə əmlakını açıq talayaraq soyğunçuluq etmiş və həmin şəhərin Rəşad Teyyubzadə küçəsi, 8 ünvanında yerləşən Ələkbərov Elxan Nizami oğluna məxsus fərdi yaşayış evinə yürüş edib başqa şəxslərlə birlikdə qeyd olunan əməllərin törədilməsində bilavasitə iştirak etməklə evin darvazasını fiziki qüvvə və küt predmetlərlə endirilən zərbələrlə açıb həyətyanı sahəsinə daxil olmaqla orada yerləşən 20 kvadratmetr sahəyə malik gözətçi evini, 70 kvadratmetr sahəyə malik talvarı, 2 ədəd dörd çarxlı mopedi, 3 ədəd “Yamaha” markalı qar üzərində yeriyən skuteri və 1 ədəd 10 NX 700 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomaşını yandırmaqla cəmi 56,163 manat dəyərində külli miqdarda özgə əmlakı qəsdən məhv edilmiş, fərdi yaşayış evinin yandırılması cəhdi ilə özgə əmlakına 3.398 manat ziyan vurulmaqla qismən zədələnmiş, həmçinin Bakı şəhər sakinləri İlqar Eldar oğlu Məmmədov, Tofiq Rəşid oğlu Yaqublunun təşkilatçılıq əməllərinin davamı kimi 24 yanvar 2013-cü il tarixdə İsmayıllı şəhərinin Nəriman Nərimanov küçəsində, rayon icra hakimiyyətinin inzibati binası ilə üzbəüz yerləşən rayon təhsil şöbəsinin inzibati binasının qarşısındakı meydana toplaşmış təhrik olunan rayon sakinləri İsmayıllı Elşən Səməd oğlu, Abdullayev Mirkazım Mirəzim oğlu və qeyriləri Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə daxil olmağa, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələrinin dağılışmaq barədə qanuni tələblərinə tabe olmayıb, əldə etdikləri predmetlərlə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərməyə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerləri uzun müddət ərzində tərk etməyib İsmayıllı Rayon İcra Hakimiyyətinin, dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və Nəriman Nərimanov küçəsini bağlayıb ictimai nəqliyyatın hərəkətinin dayandırılmasına nail olmuş, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə daş atmaqla İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları Lətifov İmran Vahid oğlu, Kərimov Rauf Bəxtiyar oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sol təpə, alın nahiyələrinin yarası, Əsgərov Səfa Ədalət oğlunun sol təpə nahiyəsinə dərialtı hematoma, Quliyev Məhəmməd Yaqub oğluna alnın sağ yuxarı hissəsinin qançır, Xələfov Bəkir Xatir oğlu, Əzizov Fərəc Yusif oğlu, Əhmədov Rəşad Şakir oğlu, Faxtiyev Yunis Xamis oğlu, Soltanzadə Valeh Taleh oğlu, Mirzəyev Vüsal Adilşah oğluna zorakılıq, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Mamedov Emin Bəhruz oğlu, Həşimov Bəxtiyar Vaqif oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sol təpə, sol gicgah nahiyələrində yara, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının xüsusi təyinatlı taborunun polis nəfəri Əliyev Elmir Sahibə oğluna sağlamlığa az ağır zərər vurmaya aid sol baldırın yuxarı 1/3-də yumşaq toxumaların əzilməsi, sol incik sümüyünün proksimal oynaq başının bayır kanalının çatı bədən xəsarətləri yetirilməklə hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə, cəmi 473.979,65 manat dəyərində külli miqdarda özgə əmlakını yandırmaqla və başqa ümumi təhlükəli üsulla qəsdən məhv etmiş və zədələmiş, sağlamlığa zərər vurulmasından ibarət zorakılıqların, talan və yanğınların törədilməsi ilə müşayiət olunan kütləvi iğtişaş təşkil etməklə fəal iştirak etmişlər.

Təqsirləndirilən şəxslər Ağamalıyev Səfdər Dadaş oğlu, Həsənov Anar Rasim oğlu, İbrahimov Vasif Ədalət oğlu, Ağamalıyev Qənbər Dadaş oğlu, Mühübalıyev Şükran Fətulla oğlu, Qurbanov Elşən Volodya oğlu, Mustafayev Şakir Ağasəf oğlu, Abbasov Ceyhun Tahir oğlu, Cəfərov Cəfər Pənah oğlu, Məmmədov Rəşid Ərziman oğlu, Ağayev Daşqın Yaşar oğlu, Cabbarov Aydın Cəbrayıl oğlu, Səmədov Səxavət Xasay oğlu, Şaranov Xəyal Sergey oğlu, Məmmədov İlqar Eldar oğlu, Yaqublu Tofiq Rəşid oğlu, İsmayıllı Elşən Səməd oğlu, Abdullayev Mirkazım Mirəzim oğlunun törətmiş olduqları cinayət əməlləri üzrə toplanmış, özlərinin tam və ya qismən etiraf ifadələri, zərər çəkmiş şəxs, şahidlərin dindirmə protokolları, baxış, axtarış, götürmə, ekspertiza rəyləri, maddi sübutlar, rəsmi sənədlər və işin sair faktiki halları ilə tam sübuta yetirilmişdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • İsmayıllı işi: İlqar Məmmədovla Tofiq Yaqublunun ifadələri

    İsmayıllı işi: İlqar Məmmədovla Tofiq Yaqublunun ...

    17-10-2013, 16:03

  • 
  • Füzuli Ələkbərovun oğlu "İsmayıllı məhkəməsi"ndə ifadə verdi

    Füzuli Ələkbərovun oğlu "İsmayıllı ...

    10-02-2014, 13:32

  • 
  • Sərxoş sürücü polisi öldürdü – Yeniləndi

    Sərxoş sürücü polisi öldürdü – Yeniləndi ...

    1-01-2014, 19:01

  • 
  • İsmayıllı-Qəbələ yolunda dəhşətli qəza: ÖLƏNLƏR VAR

    İsmayıllı-Qəbələ yolunda dəhşətli qəza: ÖLƏNLƏR ...

    3-07-2016, 13:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu