PUTİN İMZALADI: AZƏRBAYCANLILARI İNCİDƏN MƏMURLAR CƏZALANACAQ Rusiya prezidenti Vladimir Putin millətlərarası münasibətlər sahəsində çalışan məmurların səlahiyyət və məsuliyyətini müəyyənləşdirən federal qanunu imzalayıb. Lent.az-ın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, Federasiya Şurasının oktyabrın 16-da, Dövlət Dumasının isə bundan 1 gün öncə müsbət rəy verdiyi sənəd rəsmən dərc olunduğu andan qüvvəyə minəcək.
Yeni imzalanan qanun müxtəlif səviyyəli dövlət qulluqçularının irqindən, milliyyətindən, din və inanclarından asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə səlahiyyətlərini möhkəmləndirir. Qanunda ayrıca olaraq, miqrantların sosial və mədəni adaptasiyası üzrə səlahiyyətləri də əksini tapıb.
Bu fəaliyyət növlərinin dövlət qulluqçularının səlahiyyətlərinə daxil edilməsi həmin məmurların milli zəmində münaqişələrə, insanların, vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminatların kütləvi pozuntusuna yol verəcəkləri təqdirdə vəzifələrindən azad edilmələrini də nəzərdə tutur.
Qeyd edək ki, qanun Mosvanın Qərbi Biryulevo rayonunda etnik zəmində toqquşmaların baş verməsindən sonra Dövlət Duması tərəfindən təcili qaydada ikinci və üçüncü oxunuşda qəbul olunub. Kütləvi iğtişaşın səbəbi yerli sakinin öldürülməsi olub. Qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov saxlanılıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?